Sizin Reklam Burada
Xəbər lenti
15-07-2026
BÜTÜN XƏBƏRLƏR

"Mygov" platforması üzərindən onlayn özünü siyahıyaalınma təklif olunur - Rəşad Nəbiyev

Tarix: 17-07-2026 12:54     Baxış: 322 A- / A+
Rəşad Nəbiyev: "Mygov" platforması üzərindən onlayn özünü siyahıyaalınma təklif olunur

Müasir dövrdə dəqiq və etibarlı statistika artıq yalnız hesabatlıq vasitəsi deyil, bu, eyni zamanda, dövlət siyasətinin formalaşdırılması, iqtisadi proseslərin düzgün qiymətləndirilməsi və səmərəli qərar qəbul etmənin əsasını təşkil edir.
Manevr.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyulun 17-də Nazirlər Kabinetində əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş iclasda çıxışı zamanı deyib.
O bildirib ki, dövlət xidmətlərinin rəqəmsallaşdırılması nəticəsində sistemlərimizdə böyük həcmdə inzibati məlumat bazası formalaşıb. Siyahıyaalınma prosesində bu potensialdan maksimum yararlanmaq üçün iki əsas texniki yenilik təklif edilir. Bu, FİN vasitəsilə məlumatların avtomatik doldurulması, vətəndaşların fərdi identifikasiya nömrəsi daxil edildikdən sonra dövlət informasiya sistemlərində artıq mövcud olan məlumatlar avtomatik olaraq anketə inteqrasiya olunacaq.
Nazirin sözlərinə görə, ilkin təhlillər göstərir ki, anket suallarının əhəmiyyətli hissəsi və məlumatlar artıq dövlət reyestrlərində mövcuddur. Bu, insan amilindən qaynaqlanan səhvləri aradan qaldıracaq və məlumatların dəqiqliyini əhəmiyyətli dərəcədə artıracaq. "Mygov" platforması üzərindən onlayn özünü siyahıyaalınma təklif olunur. Vətəndaşlara "mygov" portalında reyestr məlumatları əsasında əvvəlcədən doldurulmuş anketlər təqdim edilə bilər. Vətəndaş yalnız çatışmayan və dəyişmiş məlumatları əlavə edə bilər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar