Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Uşaq hüquqlarının qorunmasında prokurorluğun səlahiyyətləri artırıldı

Tarix: 15-07-2026 17:34     Baxış: 385 A- / A+
Uşaq hüquqlarının qorunmasında prokurorluğun səlahiyyətləri artırıldı
Azərbaycan Prezidenti İlham Əliyev “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Manevr.az xəbər verir ki, edilən dəyişikliklə uşaq hüquqlarının qorunması və dövlət nəzarətinin gücləndirilməsi prosesinə prokurorluq orqanları da rəsmən daxil edilib.
Fərmana əsasən “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın 2-ci hissəsinə 2.9-cu bənd əlavə edilib. Yeni qaydalara görə prokurorluq qanunla müəyyən edilmiş hallarda uşaqların hüquq və qanuni mənafelərini məhkəmədə müdafiə edəcək, dövlət qurumlarına müraciət edərək məhkəmədə iddia qaldıra biləcək. Eyni zamanda uşaqlarla bağlı cinayət işləri və inzibati xəta haqqında işlər üzrə qanunla müəyyən edilmiş hallarda və qaydada qanunların icrasına nəzarəti həyata keçirəcək.
Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 72.2-ci və 116-1.5-ci maddələrinin birinci cümlələrinə uyğun olaraq, prokurorluq uşağın sağlamlığının və ya həyatının birbaşa təhlükədə olması ilə bağlı qəyyumluq və himayəçilik orqanlarının və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına baxmalı və qanunda nəzərdə tutulmuş tədbirləri görməlidir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar