Sizin Reklam Burada
Xəbər lenti
11-07-2026
10-07-2026
BÜTÜN XƏBƏRLƏR

Slovakiya Prezidenti Azərbaycana gəlir

Tarix: 11-07-2026 20:39     Baxış: 324 A- / A+

Slovakiya Prezidenti Azərbaycana gəlir - SƏFƏRİN DETALLARI

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə iyulun 13-də Azərbaycana rəsmi səfər edəcək.
Manevr.az xəbər verir ki, bu barədə Slovakiya Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, səfər ötən ilin dekabrında Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfərinin davamı kimi qiymətləndirilir.
Məlumata görə, Prezident Pelleqrinini səfərdə Slovakiyanın baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyak, baş nazirin müavini və iqtisadiyyat naziri Denisa Sakova, daxili işlər naziri Matuş Şutay-Eştok, həmçinin Slovakiya Milli Bankının rəhbəri Peter Kajimir müşayiət edəcəklər.
Slovakiya Prezident Administrasiyasının məlumatına görə, səfərin əsas hissəsi iyulun 14-də Qarabağda Prezident İlham Əliyevlə keçiriləcək görüş olacaq.
Görüşdə əsasən enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi, Slovakiyanın ixracının dəstəklənməsi, sənaye və texnoloji əməkdaşlığın inkişafı, həmçinin iki ölkə arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə ediləcək.
Liderlər həmçinin Slovakiya şirkətlərinin münaqişədən zərər çəkmiş ərazilərin bərpası və inkişafı layihələrinə cəlb olunması imkanlarını nəzərdən keçirəcəklər.
Səfər çərçivəsində Prezident Peter Pelleqrini Ağdam rayonuna da gedəcək. O, Baş Qərvənd kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsi ilə tanış olacaq, həmçinin general Milan Rastislav Ştefanikin adını daşıyacaq yeni məktəbin təməlqoyma mərasimində iştirak edəcək.
İyulun 15-də isə Slovakiya Prezidenti Bakıda Baş nazir Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək. O, həmçinin Azərbaycanda Apostol prefekti kimi fəaliyyət göstərən Vladimir Fekete ilə bir araya gələcək.
Peter Pelleqrini Şəhidlər Xiyabanını ziyarət edərək əklil qoyacaq, həmçinin ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edəcək.
Prezidentin Bakıya səfəri çərçivəsində Slovakiya-Azərbaycan Biznes Forumu da keçiriləcək. Forumda Slovakiya iş adamları iştirak edəcək. Tədbirin məqsədi ticarət əməkdaşlığını genişləndirmək, yeni tərəfdaşlıqlar qurmaq və Slovakiya şirkətlərinin Azərbaycan bazarında fəaliyyətini dəstəkləməkdir.
Slovakiya Prezident Administrasiyasından verilən məlumata görə, Bratislava ilə Bakı arasında yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi hər iki ölkənin enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, innovasiya, nəqliyyat və texnoloji tərəfdaşlıq kimi strateji əhəmiyyət daşıyan sahələrdə münasibətlərin inkişafını təsdiqləyir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar