Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan-Niderland parlament əlaqələri müzakirə olunub

Tarix: 08-07-2026 09:38     Baxış: 3114 A- / A+

Azərbaycan-Niderland parlament əlaqələri müzakirə olunub

ATƏT Parlament Assambleyasının 4-8 iyul 2026-cı il tarixlərində Haaqada keçirilən illik sessiyası çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri və Milli Məclisdə Azərbaycan-Niderland parlamentlərarsı əlaqələr üzrə işçi qrupunun rəhbəri Qaya Məmmədov və heyətin üzvləri - deputatlar Sevinc Fətəliyeva, Azay Quliyev və Tural Gəncəliyev Niderland parlamentinin üzvləri ilə müzakirələr aparıb.
Manevr.az xəbər verir ki, bu barədə Azərbaycanın Niderlanddakı səfirliyi məlumat yayıb.
"Bu xüsusda, ilk olaraq nümayəndə heyətinin rəhbəri Q.Məmmədov Niderland Senatının sədri Mei Li Vos və Nümayəndələr Palatasının sədri Tom van Kampen ilə söhbət edib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Niderland Senatının Birinci vitse-prezidenti Boris Ditrixin rəhbərliyi ilə hər iki palatanın xarici əlaqələr daimi komitələrinin üzvləri ilə geniş tərkibdə görüşü keçirilib.
Müzakirələrdə Azərbaycan və Niderland arasında münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri, Azərbaycanın Avropa üçün enerji təhlükəsizliyi və nəqliyyat-bağlantılar nöqteyi-nəzərdən əhəmiyyəti, regiondakı vəziyyət, keçmiş münaqişə və hazırkı sülh gündəliyi barədə fikir mübadiləsi aparılıb. Habelə iki ölkə arasında əlaqələrin genişləndirilməsində parlament diplomatiyasının rolu vurğulanıb, iki ölkənin parlamentlərı arasında mütəmadi dialoqun əhəmiyyəti qeyd olunub.
Səfər vaxtı Azərbaycan nümayəndə heyətini salamlayan Haaqa şəhərinin meri Yan van Zanen Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak məqsədilə Bakıya səfəri ilə bağlı xoş xatirələrini bölüşüb",-məlumatda deyilir.
 
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar