Xəbər lenti
Azərbaycan-Niderland parlament əlaqələri müzakirə olunub
Manevr.az xəbər verir ki, bu barədə Azərbaycanın Niderlanddakı səfirliyi məlumat yayıb.
"Bu xüsusda, ilk olaraq nümayəndə heyətinin rəhbəri Q.Məmmədov Niderland Senatının sədri Mei Li Vos və Nümayəndələr Palatasının sədri Tom van Kampen ilə söhbət edib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Niderland Senatının Birinci vitse-prezidenti Boris Ditrixin rəhbərliyi ilə hər iki palatanın xarici əlaqələr daimi komitələrinin üzvləri ilə geniş tərkibdə görüşü keçirilib.
Müzakirələrdə Azərbaycan və Niderland arasında münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri, Azərbaycanın Avropa üçün enerji təhlükəsizliyi və nəqliyyat-bağlantılar nöqteyi-nəzərdən əhəmiyyəti, regiondakı vəziyyət, keçmiş münaqişə və hazırkı sülh gündəliyi barədə fikir mübadiləsi aparılıb. Habelə iki ölkə arasında əlaqələrin genişləndirilməsində parlament diplomatiyasının rolu vurğulanıb, iki ölkənin parlamentlərı arasında mütəmadi dialoqun əhəmiyyəti qeyd olunub.
Səfər vaxtı Azərbaycan nümayəndə heyətini salamlayan Haaqa şəhərinin meri Yan van Zanen Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak məqsədilə Bakıya səfəri ilə bağlı xoş xatirələrini bölüşüb",-məlumatda deyilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

























.jpg)






