Sizin Reklam Burada
Xəbər lenti
06-11-2026
05-11-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Türkiyəyə yeni müşavir göndərdi

Tarix: 01-07-2026 12:31     Baxış: 3168 A- / A+
Azərbaycan Türkiyəyə yeni müşavir göndərdi
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub.
Manevr.az xəbər verir ki, səfirlikdə təhsil məsələləri üzrə müşavir vəzifəsinə Müjdat Həsənov təyin olunub.
M.Həsənov bu təyinatadək Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində çalışıb.
O, Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq münasibətlər və beynəlxalq biznes ixtisasları üzrə bakalavr və magistr təhsili alıb, daha sonra Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Bristol Universitetində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi əldə edib.
Əmək fəaliyyətinə 2008-ci ildə Elm və Təhsil Nazirliyində başlayan Müjdat Həsənov müxtəlif illərdə beynəlxalq əməkdaşlıq və xaricdə təhsil istiqamətləri üzrə məsul vəzifələrdə çalışıb.
Xatırladaq ki, Azərbaycanın bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavirlər ölkəmizin təhsil imkanlarının xaricdə təşviqi, təhsil sahəsində beynəlxalq əməkdaşlığın inkişafı, Azərbaycan vətəndaşlarının xaricdə təhsil hüquqlarının müdafiəsi və bu istiqamətdə əlaqələndirmənin təmin edilməsi məqsədilə fəaliyyət göstərirlər.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar