Sizin Reklam Burada
Xəbər lenti
01-08-2026
31-07-2026
BÜTÜN XƏBƏRLƏR

Səfir Tofiq Bəhramovdan danışıb: Ümid edək ki, bu dəfə İngiltərə yığmasının belə bir dəstəyə ehtiyacı olmayacaq

Tarix: 18-06-2026 20:18     Baxış: 3129 A- / A+


Səfir Tofiq Bəhramovdan danışıb: Ümid edək ki, bu dəfə İngiltərə yığmasının belə bir dəstəyə ehtiyacı olmayacaq
“Azərbaycanla bir çox məsələdə baxışlarımız üst-üstə düşür. Məsələn, Ukrayna məsələsində biz Ukraynanın ərazi bütövlüyünə dair eyni mövqeyi bölüşürük. Birləşmiş Krallıq nə qədər lazım olarsa, Ukraynanın yanında olmağa davam edəcək. Təsadüfi deyil ki, Bakıda görüşdüyüm ilk şəxslərdən biri ukraynalı həmkarım oldu”.
Manevr.az xəbər verir ki, bunu Böyük Britaniyanın səfiri Duncan Norman Bakıda Kral III Çarlzın ad günü ilə bağlı keçirilən tədbirdə deyib.Səfir bildirib ki, Birləşmiş Krallıqda təhsil almağı seçən gənc azərbaycanlıların sayı ölkələr arasındakı əlaqələrin möhkəmliyini və Britaniya Şurasının bu istiqamətdə həyata keçirdiyi müstəsna fəaliyyətin nəticələrini əks etdirir.
“Dəstəkçilərdən söz düşmüşkən, onların arasında ən məşhurlarından birini qeyd etməmək mümkün deyil – Tofiq Bəhramov. 1966-cı il Dünya Çempionatının finalında İngiltərənin üçüncü qolunu ofsayd hesab etməyərək qüvvədə saxlayan yan xətt hakimi kimi o, İngiltərə futbol tarixində özünəməxsus yer tutub. Aradan altmış il keçməsinə baxmayaraq, İngiltərə azarkeşləri ona hələ də minnətdardırlar. Dünya Çempionatı başlayarkən ümid edək ki, bu dəfə İngiltərə yığmasının belə bir dəstəyə ehtiyacı olmayacaq.
Bununla belə, əsl əhəmiyyət daşıyan münasibət ölkələrimiz arasındakı tərəfdaşlıqdır. Gələcəyə nəzər saldıqda, mən Birləşmiş Krallıq-Azərbaycan tərəfdaşlığının daha da inkişaf etməsini, əhatə dairəsinin genişlənməsini və təsirinin artmasını görmək əzmindəyəm”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar