Sizin Reklam Burada
Xəbər lenti
11-06-2026
10-06-2026
09-06-2026
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan CHP-ni sərt tənqit etdi

Tarix: 10-06-2026 20:09     Baxış: 345 A- / A+



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasını (CHP) kəskin tənqid edib.
Manevr.az xəbər verir ki, Türkiyə lideri bu barədə "X" hesabında etdiyi paylaşım edib:
"CHP-nin 38-ci qurultayı ilə bağlı gedən müzakirələrdə qurultayı təşkil edənlər də, həmin qurultaya şaibə (şübhə) qarışdığını iddia edənlər də, bu iddiaları sənədləri ilə birlikdə məhkəməyə daşıyıb haqqını axtaranlar da elə CHP-lilərin özləridir.
Qazi Mustafa Kamalın qurduğu partiyanı - üzr istəyərək deyirəm - pavyon masalarına salanlar yenə özləridir.
"Rüşvət aldım, rüşvət verdim, filan kəsə bu qədər pul ötürdüm" deyənlər də eyni şəkildə öz daxillərindəki insanlardır.
Dünən "xalqın ümidi" adlandırdıqlarına bu gün "xain" damğası vuranlar da özlərindən başqası deyil".
Xatırladaq ki, Türkiyənin əsas müxalifət partiyasında vəziyyətin bu həddə çatmasına səbəb ötən ay məhkəmənin çıxardığı qərardır. Belə ki, mayın 21-də Ankara Bölgə Ədalət Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü ildə keçirilən 38-ci qurultayının nəticələrini ləğv edib. Bu hüquqi qərarla qurultayda sədr seçilmiş Özgür Özel vəzifəsindən kənarlaşdırılıb, onun məğlub etdiyi keçmiş sədr Kamal Kılıçdaroğlu isə yenidən partiya rəhbərliyinə bərpa olunub.
Məhkəmə qərarından dərhal sonra partiyada fiziki qarşıdurma mərhələsi başlayıb. Qurultayın ləğv edilməsini əsas gətirən Kılıçdaroğlu tərəfdarları dərhal hərəkətə keçərək Özgür Özelin rəhbərlik etdiyi mövcud komandanı CHP-nin mərkəzi qərargah binasından çıxarıblar. Buna cavab olaraq, Özelin tərəfdarları qərargah binasının ətrafında toplaşaraq yenidən sədrliyə qayıdan Kamal Kılıçdaroğlunun və onun komandasının binaya daxil olmasına mane olmağa çalışıblar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar