Sizin Reklam Burada
Xəbər lenti
28-04-2026
BÜTÜN XƏBƏRLƏR

Ceyhun Bayramov koreyalı həmkarı ilə ikitərəfli münasibətləri müzakirə etdi

Tarix: 29-04-2026 13:53     Baxış: 329 A- / A+

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və koreyalı həmkarı Ço Hyon arasında telefon danışığı aparılıb.
Manevr.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan ilə Koreya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycanda həyata keçirilən bir sıra layihələrdə Koreya şirkətlərinin iştirakının əhəmiyyəti vurğulanaraq, iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğu qeyd olunub.
Azərbaycan Hökuməti ilə Koreya Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın münasibətlərin inkişafında mühüm rol oynadığı bildirilib.
Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmə mexanizminin və qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Tərəflər regional əməkdaşlıq platformaları çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərinə toxunaraq, müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Həmçinin Azərbaycanın BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasında (UNESCAP) sədrliyinin məmnunluqla qarşılandığı Koreya tərəfindən vurğulanıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar