Sizin Reklam Burada
Xəbər lenti
19-04-2026
18-04-2026
BÜTÜN XƏBƏRLƏR

Paşinyan yaxın gələcəkdə Azərbaycanla işgüzar əlaqələrin qurulacağına inanır

Tarix: 20-04-2026 12:03     Baxış: 337 A- / A+


Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın Baş naziri Nikol Paşinyan

Yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında işgüzar əlaqələrin qurulacağına inanır və bunu iki ölkə arasında sülhün institusionallaşmasının mühüm alətlərindən biri kimi qiymətləndirirəm.
“Armenpress”in məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının seçki proqramını təqdim edərkən deyib.
“Şadam qeyd edim ki, artıq bəzi proqramlar həyata keçirilir. Ermənistan və Azərbaycan arasında ikitərəfli ticarət kiçik addımlarla formalaşır, vətəndaş cəmiyyəti nümayəndələri arasında əlaqələr konkret mərhələyə keçib. Ümid edirəm və əminəm ki, yaxın gələcəkdə işgüzar əlaqələr də qurulacaq. Bu, sülhün institusionallaşmasının ən mühüm vasitələrindən biridir”, — Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, sülhün institusionallaşması prosesi artıq başlayıb və bunun hüquqi əsası mövcuddur: “Bu proses 2024-cü ildə sərhədlərin delimitasiyası və demarkasiyası ilə başlayıb, daha sonra komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamənin imzalanması və ratifikasiyası ilə davam edib. Bu sənəd hər iki ölkənin hüquq sisteminin ayrılmaz hissəsinə çevrilib”.
Paşinyan vurğulayıb ki, demarkasiya prosesinin əsas prinsipi Alma-Ata bəyannaməsinə əsaslanır: “Bu, o deməkdir ki, müstəqil Ermənistanın ərazisi sovet Ermənistanının, müstəqil Azərbaycanın ərazisi isə sovet Azərbaycanın ərazisi ilə eynidir”.
Baş nazir sülhün möhkəmləndirilməsi üçün əsas addımları da açıqlayıb:
“Əsas addımlar demarkasiya prosesinin davam etdirilməsi, 8 avqust 2025-ci il Vaşinqton Bəyannaməsinə uyğun olaraq TRIPP layihəsinin icrası, regional nəqliyyat xətlərinin tam açılması, eləcə də sülh və dövlətlərarası münasibətlər haqqında sazişin yekun imzalanması və ratifikasiyasıdır”.
Paşinyan əlavə edib ki, sülh yalnız siyasi sənədlərlə məhdudlaşmır: “Vətəndaş cəmiyyəti və biznes nümayəndələri arasında əlaqələr, ikitərəfli ticarət, siyasi, mədəni və humanitar dialoq da sülhün institusionallaşmasının vacib alətləridir”.
Baş nazir həmçinin bildirib ki, Ermənistanın balanslaşdırılmış xarici siyasəti regionda sabitliyin formalaşmasına töhfə verib.
O, birbaşa dialoqun vacibliyini xüsusi vurğulayıb: “Əgər Türkiyə və Azərbaycanla danışmalı məsələlərimiz varsa, niyə bunu birbaşa etməyək? Üçüncü tərəflər vasitəsilə ünsiyyət həmişə düzgün ötürülmür. Birbaşa dialoq isə mesajların təhrif olunmasının qarşısını alır və bu yanaşma sayəsində bu gün sülhə nail olmuşuq”.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar