Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Tramp müharibənin sonunu anons etdi - TARİX

Tarix: 15-03-2026 12:07     Baxış: 374 A- / A+



Son günlər həm ABŞ, həm də İran tərəfindən müharibənin yaxın günlərdə bitəcəyilə bağlı müxtəlif açıqlamalar verilir.
İki gün öncə ABŞ Prezidenti Donald Tramphədəf üçün daha heç nəyin qalmadığını əsas gətirməklə, müharibənin tezliklə bitəcəyinin anonsunu verib. 

Tehran da son günlər prosesə eyni yanaşma tərzi sərgiləyir. Belə ki, İran Silahlı Qüvvələrinin baş komandanının köməkçisi və baş müşaviri Rəhim Səfəvi hərbi qarşıdurmanın martın 21-də qeyd olunan Novruz bayramına qədər başa çata biləcəyini bildirib.
Onun sözlərinə görə, rəqib tərəflər uzunmüddətli müharibəni davam etdirmək gücünə malik deyil və əməliyyatların indiki templə davam etməsi münaqişənin qısa müddətdə yekunlaşmasına səbəb ola bilər.
Bir sözlə, artıq münaqişə tərəflərindən hər ikisi savaşın tezliklə bitəcəyindən danışır. 
Görəsən bu, necə və hansı şərtlərlə mümkün ola bilər?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, mövcud situasiyada tərəflərdən heç biri məqsədlərinə çatmayıb:
"ABŞ Prezidenti Donald Tramp İranın artıq məğlub edildiyini deyir. Bu əsasda da yaxın günlərdə müharibənin bitəcəyini bəyan edib. Ancaq prosesi diqqətlə izləyənlər bilir ki, İranın nüvə proqramı və ballistik raketlərilə bağlı məsələ hələlik öz həllini tapmayıb və həll olunma ehtimalı da yoxdur. Ona görə də Vaşinqtonun öz məqsədinə nail olduğunu söyləmək qeyri-mümkündür. 
İran da öz növbəsində ABŞ-a sarsıdıcı zərbələr vuracağını bildirib. Amma onun da elan etdiyinin icra olunduğunu söyləmək olmaz. 1200-dən artıq İran vətəndaşı öldürüldü. Şəhərlər dağıdıldı. Bu şəraitdə İran özünü qalib elan edə bilməz. 
Belə görünür, yaxın günlərdə hərbi əməliyyatlar dayandırılacaq və hər iki tərəf özünü qalib elan edəcək.
Özünü qalib elan etmək praktikası son illərin müharibələri üçün  xarakterik bir haldır. Əslində isə nə İran, nə də ABŞ qalib sayıla bilməz". 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar