Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

"Bu olsa, qonşu ölkələrə cavab veriləcək"

Tarix: 08-03-2026 15:40     Baxış: 395 A- / A+



Tehran qonşu ölkələrin ərazisindən həyata keçiriləcək istənilən hücuma cavab verəcəyini bildirib.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian açıqlama verib.
O, xalqa müraciəti zamanı İranın regional tərəfdaşlarla yaxşı münasibətlər qurmağa çalışdığını vurğulayıb.
"Əgər hansısa ölkənin ərazisindən bizim torpağımıza hücum etməyə və ya ölkəmizə soxulmağa cəhd edilərsə, biz buna cavab verməyə məcbur olacağıq. Bu isə o demək deyil ki, bizim həmin ölkə ilə mübahisəmiz var və ya onun xalqını məyus etmək istəyirik", - deyə Pezeşkian bildirib.
Prezident qonşu ölkələri ABŞ və İsrailin təsiri altında qalaraq bir-birinə qarşı çıxmamağa çağırıb. Onun sözlərinə görə, regionda mövcud fikir ayrılıqları daxili dialoq yolu ilə həll edilməlidir.
Məsud Pezeşkian həmçinin bütün iranlıları birliyə çağıraraq ölkəni müdafiə etmək üçün səfərbər olmağa səsləyib.
"İran düşmənə öz torpağının bir qarışını belə ələ keçirməyə imkan verməyəcək", - deyə o vurğulayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar