Sizin Reklam Burada
Xəbər lenti
06-11-2026
05-11-2026
BÜTÜN XƏBƏRLƏR

Parlament sədri: Köçəryanı ağır məğlubiyyət gözləyir

Tarix: 03-03-2026 14:09     Baxış: 3127 A- / A+


“Robert Köçəryan əvvəlcə “Ermənistan” fraksiyasına rəhbərlik edə bilsin. Açıq görünür ki, fraksiyaya o rəhbərlik etmir, “Daşnaksütyun” orada hakimiyyəti ələ keçirib, qalanlar sadəcə peykdir. Ümumiyyətlə, Köçəryan liderlik haqda danışmamalıdır”.
Manevr.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
Spiker qarşıdakı parlament seçkilərində Robert Köçəryanı ağır məğlubiyyətin gözlədiyini proqnozlaşdırıb.
“Köçəryanın narahat olduğu başqa mövzu da var: növbəti parlament seçkilərində keçid baryerini aşıb parlamentə düşəcək, yoxsa bütün resurslarını digər partiyalar ələ keçirəcək? Məndə olan məlumat budur ki, bu, onun üçün aktual məsələdir. 2021-ci ildə “Ermənistan” blokuna səs vermiş seçicilərin böyük hissəsi artıq Köçəryana səs verməyəcək. Bu seçicilərin böyük hissəsi səsini başqa müxalif partiyaya verəcək. Robert Köçəryan bundan yaxşı xəbərdardır”, - o qeyd edib.
Simonyan vurğulayıb ki, cəmi 2-3 müxalif qüvvə keçid baryerini aşa bilər:
“Bunu seçki kampaniyası göstərəcək. Biri Samvel Karapetyan, digəri Qaqik Sarukyan variantıdır. Hər ikisi müxalifətin birinci qüvvəsi olmaq üçün yarışacaq”.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar