Sizin Reklam Burada
Xəbər lenti
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Əraqçi Lavrova İranın ABŞ və İsrailə qarşı cavab tədbirləri barədə məlumat verib

Tarix: 28-02-2026 18:08     Baxış: 369 A- / A+
Əraqçi Lavrova İranın ABŞ və İsrailə qarşı cavab tədbirləri barədə məlumat verib
İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ilə Rusiyanın XİN başçısı Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Bu barədə Manevr.az xəbər verir.
Nazirlikdə qeyd ediblər ki, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.
Danışıqlar zamanı iranlı nazir ABŞ və İsrailin zərbələrinə cavab olaraq ölkə rəhbərliyinin gördüyü tədbirlər barədə məlumat verib. O, həmçinin təcili qaydada BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaq niyyətində olduğunu bildirib.
Lavrov ABŞ və İsrailin İrana qarşı hücumlarını pisləyərək, bunun beynəlxalq hüququn prinsip və normalarına zidd olduğunu, regional və qlobal sabitlik və təhlükəsizlik üçün ağır nəticələrini nəzərə almadığını vurğulayıb.
O, Rusiyanın, o cümlədən BMT Təhlükəsizlik Şurasında beynəlxalq hüquqa, qarşılıqlı hörmətə və maraqlar balansına əsaslanan sülh yolu ilə həllin axtarışına kömək etməyə hazır olduğunu qeyd edib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar