Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Pezeşkian: İran nüvə danışıqlarında ABŞ-a güzəşt etməyəcək

Tarix: 22-02-2026 14:40     Baxış: 350 A- / A+


İran prezidenti Masoud Pezeşkian
İran prezidenti Masoud Pezeşkian bəyan edib ki, Tehran nüvə proqramı ilə bağlı danışıqlarda ABŞ-a güzəşt etməyəcək.
Manevr.az xəbər verir ki, bu barədə AlJazeera məlumat yayıb.
Məlumata görə, bu açıqlama ABŞ prezidenti Donald Trampın Tehranın nüvə proqramı üzrə razılaşmaya məcbur edilməsi üçün məhdud zərbələr endirməyi nəzərdən keçirdiyini bildirməsindən sonra səsləndirilib.
Pezeşkianın verdiyi bəyanat Fars körfəzində gərginliyin artdığı bir vaxta təsadüf edir. Qeyd edilir ki, ABŞ bölgədə hərbi mövcudluğunu genişləndirərək iki təyyarədaşıyan gəmi və onlarla döyüş təyyarəsi yerləşdirib.
“Dünya gücləri birləşərək bizi baş əyməyə məcbur etməyə çalışırlar. Siz çətinliklər qarşısında baş əymədiyiniz kimi, biz də bu problemlər qarşısında baş əyməyəcəyik”, – deyə Pezeşkian vurğulayıb.
Qeyd edək ki, İran və ABŞ bu ayın əvvəlində Oman vasitəçiliyi ilə Tehranın nüvə proqramı üzrə dolayı danışıqları bərpa edib, ötən həftə isə İsveçrədə ikinci raund keçirilib.
Vaşinqton və Tehran danışıqları ümumilikdə müsbət qiymətləndirsələr də, konkret irəliləyiş əldə olunmayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar