Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Abbas Əraqçi: Azərbaycan və digər 6 region ölkəsinin səylərini yüksək qiymətləndiririk

Tarix: 08-02-2026 13:02     Baxış: 363 A- / A+


Abbas Əraqçi, İran xarici işlər naziri Əraqçi, İran xarici işlər naziri


İran xarici işlər naziri Abbas Ərəqçi Azərbaycan və 6 region ölkəsinin bölgədə yaranmış gərginliyin aradan qaldırılması üçün səylərini yüksək qiymətləndirib, Tehran və Vaşinqton arasında danışıqları təşviq etmək yönündə rollarının önəmli olduğunu vurğulayıb.
Manevr.az-ın İRNA-ya istinadən verdiyi xəbərə görə, İran XİN başçısı deyib ki, region ölkələri ilə məsləhətləşirlər, bu ölkələr özləri kömək etməyə çalışırlar.
Abbas Əraqçi Azərbaycan, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Misir prezidentlərinin İran Prezidenti Məsud Pezeşkianla telefon danışıqlarının olduğunu xatırladıb: “Region ölkələrinin xarici işlər nazirləri ilə də çoxsaylı telefon danışıqlarım olub və olacaq. Biz region ölkələrinin xoşməramlılığına və səmimi səylərinə hörmətlə yanaşırıq. Bu ölkələrin gərginliyin azaldılmasında, ekstremal tədbirlərin qarşısının alınmasında və tərəfləri danışıqlara təşviq etməkdəki rolları çox təsirli olub. Region dövlətlərinin danışıqları dəstəkləməsi çox yaxşıdır və biz region ölkələri ilə məsləhətləşmələri davam etdirəcəyik”.
İran XİN başçısı region dövlətlərinin səylərinin İran-ABŞ danışıqlarında nəticə əldə edilməsində və əldə olunan razılaşmanın davamlılığında əhəmiyyətli rol oynaya biləcəyini vurğulayıb.
Abbas Əraqçi İranın strateji tərəfdaşları olan Çin və Rusiya ilə də məsləhətləşmələri davam etdirdiklərini söyləyib: “Dünən müavinim Çin və Rusiya səfirləri ilə görüşdü. Biz onları danışıqların təfərrüatları, gedişatı barədə məlumatlandırdıq və onlarla məsləhətləşmələri davam etdirəcəyik”.apa

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar