Sizin Reklam Burada
Xəbər lenti
02-02-2026
01-02-2026
BÜTÜN XƏBƏRLƏR

Bakı iki tarixi sazişdən imtina etdi – Naxçıvanla bağlı nə baş verir?

Tarix: 02-02-2026 21:08     Baxış: 329 A- / A+

Naxcivan seheri 07 01 2024 21 42Milli Məclisin fevralın 2-də keçirilən iclasında Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin edilməsini nəzərdə tutuan qanun layihəsi təsdiqlənib.

Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da öz əksini tapacaq.



Bundan başqa, Moskva və Qars müqavilələrinin adı Naxçıvan Konstitusiyasından çıxarılır.

Dövlət İdarəçilik Akademiyasının politoloqu, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov deyib ki, Naxçıvan Muxtar Respublikası ilə bağlı bəzi məsələlərə yenidən baxmaq lazım idi:

“Naxçıvanın statusu ilə bağlı müəyyən konkretləşdirmələrə ehtiyac duyulurdu. İlk növbədə muxtar respublikanın Konstitusiyasının Azərbaycan Konstitusiyasına  uyğunluğu məsələsi əsasdır. Naxçıvan MR Konstitusiyasında Azərbaycan Respublikasının tərkibində muxtar respublika olması qeyd edilir. Bundan sonrakı korrektələrə əsasən, Naxçıvan MR Konstitusiyasında Azərbaycanın ayrılmaz tərkib hissəsi olması əksini tapacaq.

Eyni zamanda, muxtar respublikanın siyasi institutlarının mərkəzdən siyasi asıllığı genişləndirilib.
Zaur Memmedov pol 900x498 1
Zaur Məmmədov

Sözügedən dəyişiklikləri təqdirəlayiq hesab edirəm. Moskva və Qars müqavilələrinə istinadın çıxarılması da bu baxımdan diqqət çəkəndir. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında başqa ölkələrin imzası olan müqavilələrə istinadın olması həmin dövrün vəziyyətinə uyğun idi. Bugünkü düzəlişlərə əsasən preambulada onlara istinad yoxdur.

Hazırda bölgədə yeni proseslərin əsası qoyulub. Bundan sonra regional idarəetmə, ərazilər və sərhəd məsələləri yeni dövrün tələblərinə uyğun şəkildə həllini tapacaq”.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar