Sizin Reklam Burada
Xəbər lenti
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev fərman imzaladı

Tarix: 08-01-2026 13:41     Baxış: 3108 A- / A+
İlham Əliyev fərman imzaladıPrezident İlham Əliyev “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 avqust tarixli 144 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Manevr.az fərmanın mətnini təqdim edir:
“Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 avqust tarixli 144 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 620 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissə üzrə:
1.1. birinci abzasda “aşağıdakı dövlət orqanlarına” sözləri “aşağıdakılara” sözü ilə əvəz edilsin.
1.2. 1.1-ci və 1.2-ci bəndlər müvafiq olaraq 1.2-ci və 1.3-cü bəndlər hesab olunsun və aşağıdakı məzmunda 1.1-ci bənd əlavə edilsin:
“1.1. Azərbaycan Respublikasının Prezidentinə:
1.1.1. kredit təşkilatının yenidən təşkili və ləğvi;”.
1.3. 1.2.1-ci yarımbəndə “kredit” sözündən əvvəl “Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla,” sözləri əlavə edilsin.
2. 2-ci hissədə “1.1-ci” sözləri “1.2-ci” sözləri ilə əvəz edilsin.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar