Xəbər lenti
Minsk qrupu niyə məhz 1 dekabrda ləğv edildi?

Ermənistan SSR Ali Sovetinin “Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi haqqında” qərarı 1 dekabr 1989-cu il tarixində qəbul edilib. Sonra baş verənlər məlumdur: Qarabağ və ətraf rayonlar işğal edildi, münaqişənin həlli məqsədilə yaradılan Minsk qrupu isə Azərbaycan torpaqlarında işğala əsaslanan status-kvonu saxlamaq missiyasını həyata keçirirdi.
2020-ci ildə ərazi bütövlüyümüz, 2023-cü ildə suverenliyimiz bərpa edilsə də, Minsk qrupunun de-yure mövcudluğu Qarabağ məsələsinin beynəlxalq müstəvidə açıq qalması demək idi. Ermənistanda revanşistlər, diaspor və regionda maraqlı tərəflər həmsədrlik institutunun qalmasında iki perspektiv görürdülər:
- ermənilərin Qarabağa “qayıtmaq” adı ilə yenidən köçürülməsi;
- regionda şərtlərin dəyişə biləcəyi gələcəkdə münaqişəni yenidən aktuallaşdırmaq.
Minsk qrupunun de-yure ləğv edilməsi Qarabağ məsələsinin beynəlxalq müstəvidə tamamilə bağlanması və gələcək təxribat imkanlarının da sıradan çıxması deməkdir. Və bunun – 1989-cu ilin 1 dekabr tarixində başlanan prosesin 36 il sonra 1 dekabrda məğlub edilməsi həm də simvolikdir.
Asif Nərimanlı
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























