Xəbər lenti
Cümşüd Nuriyev partiyadan xaric edildi
Vəhdət Partiyasının qərarı ilə politoloq Cümşüd Nuriyev bu siyasi təşkilatdan xaric edilib.Manevr.az xəbər verir ki, bu barədə Vəhdət Partiyasının yaydığı bəyanatda bildirilib.
Vəhdət Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) qərarında deyilir:
"Komissiyaya özünü Vəhdət Partiyaslnın sədr müşaviri kimi təqdim edən (onun bu vəzifədə olması barədə rəsmi sənəd görməmişik, lakin hesab edirik ki, Partiyamıza yeni daxil olmasaydı, onun bu vəzifəyə təyinatı da olmazdı) Cümşüd Nuriyevin noyabrın 20-də sosial şəbəkədə VP Baş Məclisin sədri Tahir Kərimlini ağır şəkildə təhqir etməsi və ona görə məsuliyyətə cəlb olunması barədə Tahir Kərimlinin rəsmi müraciəti daxil olub.
MNTK bu müraciətə baxaraq, çıxışları dinləyərək, bu qənatə gəlir ki, həqiqətən Cümşüd Nuriyev Partiyanın Baş Məclisinnin sədrinə qarşı, onun simasında Partiyanı nüfuzdan salan, etikaya sığmayan və öz əməllərinə haqq qazandırmaq üçün Tahir Kərimlinin səs yazısını qəsdən mənfi yozmaqla ciddi Nizamnamə pozuntusuna yol verib. Özü də bunu müraciətdən 12 gün sonra etməsi sifariş ovqatı doğurur.
MNTK yekdilliklə qərara gəlir ki, belə halda Partiyaya nə yollasa yeni qəbul olmuş Cümşüd Nuriyev dağıdıcı fəaliyyət göstərməklə Nizamnamənin 5.20-ci mad.1-ci hissəsində göstərilən əməli törətdiyindən Vəhdət Partiyasının üzvü ola bilməz".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























