Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Ağ evdə 1 trilyonluq mühüm görüş - Şahzadə Trampa nə vəd etdi? - FOTO

Tarix: 19-11-2025 12:25     Baxış: 364 A- / A+



Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Trampla görüşündən sonra Səudiyyə Ərəbistanının ABŞ-dakı sərmayəsinin 1 trilyon dollara qədər artırıla biləcəyini bəyan edib.
Manevr.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampla görüşündən sonra Salman bildirib ki, Səudiyyə Ərəbistanının ABŞ-a hazırkı 600 milyard dollarlıq sərmayəsi 1 trilyon dollara qədər artırıla bilər.
Oval kabinetdə Trampla yanaşı verdiyi açıqlamada vəliəhd imzaladıqları müqavilələrin texnologiya, süni intellekt, materiallar, maqnitlər və bir çox başqa sahələrdə çoxsaylı investisiya imkanları yaradacağını qeyd edib.

Ağ Evin məlumatına görə, Tramp Səudiyyə Ərəbistanına F-35 qırıcılarının satılmasına və təxminən 300 tankın təhvil verilməsinə razılıq verib. Bu, ABŞ-nin İsrail istisna olmaqla, bölgədə ilk dəfə F-35 satışı olacaq. Bundan əlavə, Vaşinqton və Riyad arasında mülki nüvə əməkdaşlığı haqqında birgə bəyanat imzalanıb. Saziş ABŞ nüvə texnologiyasının Səudiyyə Ərəbistanına açılmasını nəzərdə tutur, lakin əməkdaşlığın "nüvə silahlarının yayılmaması standartlarına tam uyğun" şəkildə aparılacağı vurğulanır.

Bin Salman qeyd edib ki, sazişlər Səudiyyə Ərəbistanında da əhəmiyyətli əmək imkanları yaradacaq. O, həmçinin yaxın bir neçə onillikdə ABŞ ilə münasibətlərin daha da dərinləşəcəyinə ümid etdiyini bildirib.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar