Sizin Reklam Burada
Xəbər lenti
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

Tramp Kolumbiya Prezidentini hədələyib, subsidiyaları dayandırıb

Tarix: 19-10-2025 18:46     Baxış: 467 A- / A+


Donald Tramp, ABŞ Prezidenti
ABŞ Prezidenti Donald Tramp kolumbiyalı həmkarı Qustavo Petronu narkotik ticarətinin rəhbəri adlandırıb.
Manevr.az-ın xəbərinə görə, Donald Tramp bu barədə “Truth Social”-da paylaşımında bildirib.
“Qustavo Petro bütün Kolumbiyada böyük və kiçik sahələrdə narkotiklərin kütləvi istehsalını güclü şəkildə təşviq edən qanunsuz narkotik lideridir. Bu, indiyədək Kolumbiyada ən böyük biznesə çevrilib və Petro onu dayandırmaq üçün heç nə etmir. Baxmayaraq ki, ABŞ-dan irimiqyaslı ödənişlərə və subsidiyalar alınır və bu, ABŞ-ın uzun müddətdir ki, talanmasıdır. Bu gündən Kolumbiyaya belə ödənişlər, yaxud hər hansı başqa ödənişlər, subsidiyalar olmayacaq. Bu narkotik istehsalının məqsədi onun ABŞ-a böyük həcmdə satılması, beləliklə, ölümə, məhvə və xaosa səbəb olmaqdır. Petro, yeni anti-Amerika baxışlı, aşağı reytinqli və çox qeyri-populyar lider bu ölüm sahələrini dərhal bağlasa yaxşı olar. Yoxsa ABŞ onları bağlayacaq və bu, heç də gözəl alınmayacaq”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Qeyd edək ki, bundan öncə Kolumbiya Prezidenti ABŞ-ın Kolumbiyanın sularında balıqçı qayığına hücum edərək qətl törətdiyini və ölkəsinin suverenliyini pozduğunu bəyan edib. Eyni zamanda sentyabrın 16-da ABŞ-ın hücumuna məruz qalan qayığın Kolumbiyaya məxsus olduğunu yazıb. Qustavo Petro qeyd edib ki, Kolumbiya hakimiyyəti ABŞ hökumətindən izahat gözləyir. Eyni zamanda Kolumbiya Baş Prokurorluğundan həlak olanların ailələrinin müdafiəsi üçün təcili tədbirlər görməyi və onların beynəlxalq məhkəmə proseslərində iştirakına baxılmasını xahiş edib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar