Sizin Reklam Burada
Xəbər lenti
09-10-2025
08-10-2025
BÜTÜN XƏBƏRLƏR

Əliyevlə Putinin Düşənbə görüşü: Moskvanın yeni planı nədir?

Tarix: 09-10-2025 11:27     Baxış: 331 A- / A+
Kreml Prezident İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putinin MDB dövlət başçılarının Düşənbədə keçiriləcək sammiti çərçivəsində görüşəcəyini təsdiqləyib. ŞƏT sammitində ayaqüstü salamlaşmanı saymasaq, bu, Bakı-Moskva xəttində uzun müddətdir davam edən gərginlikdən sonra ilk canlı təmas olacaq.

Münasibətlərin normallaşmasında əsas maraqlı tərəf kimi Rusiya görünür. Əliyevin 7 oktyabrda ad gününü təbrik etmək üçün Putinə zəng etməsinin Rusiya mediası və siyasi düşərgəsində xüsusi münasibətlə qarşılanması da bunu deməyə əsas verir. Düşənbədə görüş təklifinin də Putindən gəldiyi istisna edilməməlidir.

Bakı-Moskva xəttində gərginliyin motivlərinin – AZAL-ın təyyarəsinin vurulması, azərbayanlılara qarşı hücumların edilməsi və s. – aradan qaldırılmadığı halda bu görüş açıq suallar yaradır: Putin Əliyevlə görüşə niyə tələsir?

Bu sualın cavabını Zəngəzur dəhlizi ətrafında axtarmaq lazımdır. AZAL-ın təyyarəsinin vurulması fonunda Moskvanın Bakıya qarşı müxtəlif istiqamətlər üzrə təzyiq hücumları Cənubi Qafqazda regional kommunikasiyaların açılması prosesindən kənarda qaldığı reallığından irəli gəlirdi. Ankara-Bakı-İrəvan xəttində Vaşinqtonun da dəstəklədiyi qeyri-rəsmi əməkdaşlıq açıq müstəviyə keçəndə Moskva perspektivləri dəyişdirmək üçün hərəkətə keçdi və tərəflərdən biri Ermənistan olsa da, əsas hədəf kimi Azərbaycanın seçilməsi təsadüfi deyildi.

Birincisi, nəticələr Bakının mövqeyindən/seçimindən asılı idi;
İkincisi, Moskva Bakıya təzyiqlə Ankaranın da mövqeyinə təsir etməyə çalışırdı;

Vaşinqton görüşü – Azərbaycan-Ermənistan sülh sazişinin paraflanması və Zəngəzur dəhlizinin TRİPP olaraq razılaşdırılması Rusiyanı “oyundankənar vəziyyətə” saldı. Və təzyiq siyasətinin də effektini sıradan çıxardı. Çünki Moskvanın qarşısına çıxan qüvvə ABŞ – Ukrayna da daxil olmaqla geosiyasi müstəvidə razılaşmağa çalışdığı Tramp Administrasiyasıdır. Bu situasiya Rusiyanı yaranmış vəziyyətdən daha az zərərlə çıxmağa vadar edir: TRİPP layihəsinə Tehranla müqayisədə daha loyal münasibət sərgiləyən Moskvanın Vaşinqtonun Cənubi Qafqaza gəlişini Ukrayna məsələsində razılaşma ilə kompensasiya etmək istəklərinə də bu kontekstdə yanaşmaq olar;

Rusiyanın regionda arzulamadığı reallıq fonunda Azərbaycanla münasibətləri normallaşdırmaq istəyində isə iki əsas məqam qeyd oluna bilər.

1. Cənubi Qafqazda kommunikasiyanın açılmasından kənarda qalmamaq;

Zəngəzur dəhlizində iştirakçı ola bilməyən Moskva ən azı nəqliyyat imkanlarından yararlanmaq istəyir, xüsusilə Şimal-Cənub nəqliyyat layihəsinin gələcəyi baxımından. Daha öncə gəlişinə veto qoyulan Overçukun 13-14 oktyabrda Bakıya planlaşdırılan səfəri – Azərbaycan-Rusiya-İran formatında keçiriləcək görüş buna hesablanıb. İstisna deyil ki, Əliyevlə Putinin Düşənbə görüşündə əsas müzakirə mövzularından biri də məhz bu olacaq – Şimal-Cənub nəqliyyat layihəsinin inkişafı, layihənin Zəngəzur dəhlizinin açılmasından sonra regionda yaranacaq marşrut xətlərinə inteqrasiyası.

2. Cənubi Qafqazda mövqelərini qorumaq;

ABŞ-ın Zəngəzur dəhlizinə gəlişi fonunda Rusiya regionda güc balansının kəskin dəyişməsinə imkan verməmək üçün münasibətlərin bərpası xəttini seçir. Moskvanın birinci istiqaməti təsir imkanlarını hələ də saxladığı İrəvanla təmasları sıxlaşdırmaqdır, lakin iki amil Ermənistan vektorlu siyasətdə risklər vəd edir.

- “Zəif bənd” olan Ermənistanda güclənməyin regional müstəvidə güc balansına təsiri effektsizdir;
- Azərbaycanla yekun sülh müqaviləsi imzalandıqdan sonra Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması və Avropaya çıxış imkanı əldə etməsi perspektivi Rusiyanın bu ölkəyə yatırdığı “siyasi investisiya”nın rentabelliyini azaldır;

Moskva anlayır ki, nəticələri müəyyənləşdirən Bakı ilə münasibətləri saxladığı halda regionda mövqelərindən məhrum olmaq riskini azalda bilər. Bakı ilə münasibətlər həm də Türkiyə-Azərbaycan-Rusiya formatına yenidən qayıtmaq imkanı yaradır.

Bu amillər Düşənbə görüşünün – Putinin Əliyevlə bir araya gəlməsinin Rusiya üçün xüsusi əhəmiyyət daşıdığını deməyə əsas verir.

Lakin bütün bunlar Azərbaycanın Rusiya qarşısında irəli sürdüyü tələblərindən – AZAL-ın təyyarəsinin vurulması və azərbaycanlılara qarşı hücumlarla bağlı gözlənilən qərarların verilməsi – imtina etdiyi demək deyil. Əksinə, Düşənbədə bu tələblərin birbaşa Putinlə müzakirə edilməsi imkanı yaranacaq. Və bu dəfə Əliyev Putinlə görüşə daha güclü şəkildə gedir, xüsusilə Vaşinqton anlaşmaları – Zəngəzur dəhlizinin həlli fonunda.

Asif Nərimanlı

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar