Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev Kopenhagendə Maya Sandu ilə görüşdü - Foto

Tarix: 02-10-2025 09:38     Baxış: 3125 A- / A+
Azərbaycan Prezidenti İlham Əliyev Kopenhagendə Moldova Prezidenti Maya Sandu ilə görüşüb.
Manevr.az xəbər verir ki, dövlət başçısı Moldovada keçirilmiş parlament seçkilərində Maya Sandunun rəhbərlik etdiyi hakim Fəaliyyət və Həmrəylik Partiyasının qələbə qazanması münasibətilə təbriklərini çatdıraraq bu seçkilərin Moldova xalqının iradəsini əks etdirdiyini deyib.
Moldova Prezidenti təbriklərə görə təşəkkürünü bildirib. O da öz növbəsində Vaşinqtonda Ermənistanla Azərbaycan arasında Amerika Birləşmiş Ştatlarının şahidliyi ilə sülh gündəliyi üzrə əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
Təbriklərə görə minnətdarlığını bildirən dövlət başçısı Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı əldə olunmuş nəticələrin tarixi əhəmiyyət kəsb etdiyini bildirib.
Görüşdə ikitərəfli münasibətlərimizin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, xüsusilə də enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb.
Prezident Maya Sandu Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.

Manevr.az
m 82 m 83 m 84









Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar