Xəbər lenti 
					
 
		Tələbə təhsil haqqını ödəmək üçün pişik yemi yeyir, qanını satır
 Çin tibb universitetinin məzunu İsveçrədə təhsil haqqını ödəmək üçün məcburən pişik yemi yeməli olduğunu bildirib.
Çin tibb universitetinin məzunu İsveçrədə təhsil haqqını ödəmək üçün məcburən pişik yemi yeməli olduğunu bildirib.Gənc Şanxayda işləyərkən 42 min dollar yığıb və doktorantura təhsili almaq üçün İsveçrəyə köçüb. Lakin yüksək yaşayış xərcləri və xarici tələbələr üçün işləmək qadağası ilə üzləşdiyindən, o, son dərəcə qənaətcil həyat tərzi seçmək məcburiyyətində qalıb.
"Mən bir çox tələbələrin maliyyə çətinlikləri səbəbindən təhsili yarımçıq qoyduqlarını gördüm. Mən bunun baş verməsinə imkan verməmək qərarına gəldim", – doktorant izah edib.
Pişik yemi ən ucuz protein mənbəyi kimi
Onun sözlərinə görə, o, pişik yeməyinin istifadəsinin faydasını hesablayıb. Gənc bildirib ki, məhsulun bir kiloqramı təxminən 5 dollara başa gəlir və 32 faiz zülal ehtiva edir ki, bu da onu ən ucuz protein mənbəyinə çevirir.
Qoxunu gizlətmək üçün qeyri-adi həll
"Qoxunu gizlətməyin ən yaxşı yolu onu fıstıqla yeməkdir", – o, öz təcrübəsini bölüşüb.
Bundan başqa, o, yeməyin saçlarına da, müsbət təsir etdiyini də qeyd edib. Bundan əlavə, doktorant mütəmadi olaraq qan verir və bunun qarşılığında bol yemək əldə edir.
Qanvermə onun üçün "Şved masasıdır"
"Əslində bu, şved masası kimidir. Mən həmişə qanverməni günorta yeməyinə planlaşdırıram, çünki o vaxt yemək daha
çox olur", – o etiraf edib. sonxeber.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















