Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının ümumi müzakirələrində çıxış edib.
Manevr.az xəbər verir ki, o, Ukrayna-Rusiya müharibəsindən danışıb.
"Rusiya Prezidenti Vladimir Putini və onun Ukraynaya, eləcə də digər ölkələrə qarşı aqressiyasını dayandırmaq indi daha ucuz başa gələr. Rusiyanı sülhə məcbur etmək üçün dünya birgə hərəkət etməlidir. Müharibəni və silahlanma yarışını dayandırmaq, yeraltı uşaq bağçaları və ya kritik infrastrukturu gizlətmək üçün nəhəng bunkerlər tikməkdən daha az xərc tələb edir. Putini indi dayandırmaq, hər limanı və hər gəmini terrorçulardan və dəniz dronlarından qorumağa çalışmaqdan ucuzdur. Biz təcavüzkarı dayandırmaq üçün birgə və fərqli şəkildə hərəkət etməliyik. O zaman silahlanma yarışının bizə fəlakət gətirməməsi üçün şansımız olacaq. Silah və Rusiyaya qarşı təzyiq lazımdırsa, bunu indi etmək lazımdır, əks halda Putin müharibəni genişləndirərək uzadacaq.milli.az
 Xəbər lenti 
					
 
		“Putini dayandırmaq indi daha ucuzdur”

Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















