Levon Ter-Petrosyandan Paşinyana sərt sözlər: həyasızlığının sərhədi yoxdur

Manevr.az musavat.com istinadla xəbər verir ki, Ter-Petrosyanın iddiasına görə, Paşinyan Qarabağla bağlı bəyanatları ilə müharibəyə səbəb olub, Rusiya prezidentinin müharibəni dayandırmaq təklifini rədd edib, minlərlə gəncin həyatını qurban verib və on minlərlə əsgəri əlil edib.
O həmçinin Paşinyanı Qarabağdan Ermənistana sığınmış qaçqınlara amansızlıq göstərməkdə və Bakıda saxlanılan erməni əsirlərin taleyinə biganə qalmaqda ittiham edib.
Ter-Petrosyan qeyd edib ki, bütün bunlara baxmayaraq, Paşinyan hər gün özünü sülh gətirən lider kimi təqdim edir və xalqdan təşəkkür gözləyir: “Almadıqda isə bütün qəzəbini xalqa yönəldir”.
Ter-Petrosyan əlavə edib ki, Ermənistanın müstəqillik günü Paşinyana aid bayram deyil: “O, bu müstəqilliyi sevmir, çünki onu gətirən o deyil, başqalarıdır”.



