Sizin Reklam Burada
Xəbər lenti
19-10-2025
18-10-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyalı səfir Zəngəzurdan danışdı: Zaman göstərəcək...

Tarix: 14-09-2025 22:09     Baxış: 384 A- / A+
Rusiyalı səfir Zəngəzurdan danışdı: Zaman göstərəcək...
Moskva və Ankara bölgədə sabitlik və rifah zonasının formalaşmasında maraqlıdır və təhlükəsizliyin təmin olunmasına, qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına yönəlmiş bütün təşəbbüsləri dəstəkləyir.
Manevr.az xəbər verir ki, bu fikirləri Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov “Hürriyət” nəşrinə müsahibəsində deyib.
Yerxovun sözlərinə görə, hazırda Cənubi Qafqazda həm Rusiya, həm də Türkiyənin fəal və mühüm rol oynadığı mürəkkəb və ziddiyyətli proseslər gedir:
“Cənubi Qafqazda problemlərin həlli üçün əsas şərt regional sahibliyin təmin olunmasıdır, yəni qərarların region ölkələrinin özləri tərəfindən, yaxın qonşular olan Rusiya, Türkiyə və İranın dəstəyi ilə qəbul edilməsi və həyata keçirilməsi”.
Səfir bölgədə nəqliyyat yollarının açılması məsələsinin də bu kontekstdə mühüm rol oynadığını deyib. O bildirib ki, Zəngəzurdan keçəcəyi iddia olunan “Tramp Yolu” da daxil olmaqla, bir çox ssenari və şayiələr mövcuddur:
“Hazırda müzakirə olunan ssenarilər və layihələrlə bağlı çoxlu sual işarəsi var. Kim nəyi, necə və nə vaxt edəcək - bunlar hələ bəlli deyil. Bundan başqa, Ermənistanın Avrasiya İqtisadi Birliyinin ortaq gömrük zonasında iştirakı da bu ölkənin ərazisindən keçəcək tranzit yüklərə necə təsir edəcək, bu da ayrıca önəm daşıyır. Bütün bu suallara cavabı zaman göstərəcək”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar