Xəbər lenti
Müşfiq Məmmədli:"Ştamlar yoluxmaların intensivliyinin artması istiqamətində meydana gəlir..."
Son 1 ayda qonşu ölkələrdə yoluxma sayında artım müşahidə edirdik. Bu artım öncədən proqnozlaşdırılırdı. Həm yumşaldılmalara gedilməsi, həm də prosesin özünün xarakteri səbəbindən müəyyən zaman kəsimində artımların olmasının mümkünlüyü qeyd edilirdi.
Manevr.az xəbər verir ki, bunu ARB-24-ün “Gündəm” verilişinə açıqlamasında deputat Müşfiq Məmmədli deyib. O bildirib ki, virusun mutasiyaya uğraması öncədən də proqnozlaşdırılırdı:
“Mutasiyanın hansı istiqamətdə gedəcəyi müzakirə mövzusu idi. Hazırda müşahidə edirik ki, ştamlar yoluxmaların intensivliyinin artması istiqamətində meydana gəlir.
Bir ay əvvəl 200 civarında olan rəqəmləri müzakirə edirdik, indi isə bu göstəricinin 7-8 dəfə artımasını müşahidə edirik. Bu rəqəmlər bizə ümumi tablonu izah edir. Real rəqəmlər üçün isə test sayı ilə yoluxma sayı arasında nisbəti nəzərdən keçirməliyik. Hazırda digər ölkələrlə müqayisədə epidemioloji vəziyyətin idarəolunan olmasını söyləmək olar.
Əvvəlki təcrübədə yoluxma 4-5 min nəfəri ötdükdə artıq səhiyyə sisteminin üzərində yükün olmasını müşahidə edirdik. Belə nəticəyə gəlmək olar ki, 2000 yoluxma səhiyyə sisteminin üzərinə düşən yükün yüksək olma ehtimalını göstərir.
Buna görə də sürətli vaksinasiyaya getmək və qoruma tədbirlərini gücləndirmək lazımdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar