Xəbər lenti
Alimləri qorxuya salan daha bir koronavirus növü - Avropada sürətlə yayılır
Avropada COVID-19-a yoluxmaların əksəriyyəti keçən ilin sonunda Çinin Uxan şəhərində aşkarlanmış SARS-CoV-2 virusundan deyil, yeni koronavirusdan qaynaqlanır.
"Medrxiv” portalında dərc edilən məqalədə bildirilir.
Beynəlxalq alimlər qrupunun tədqiqatların nəticələrinə görə, yayın əvvəlində ilk dəfə ispan fəhlələri arasında tapılan bu virus tez bir zamanda yayılmağa başlayıb.
Nəzərə çatdırılır ki, İspaniyada COVID-19-un yeni növü iyun ayında aşkarlanıb. Ötən müddət ərzində artıq ölkənin sərhədlərini keçən yeni virus özünü daha çox COVID-19 ilə büruzə verir.
İsveçrədə 40 faiz, İrlandiyada 60 faiz koronavirusa yoluxmağa səbəb olan yeni virus Böyük Britaniyada daha sürətlə yayılır. Adı çəkilən ölkələrdə hər on haldan səkkizində COVID-19 xəstəliyinə səbəb olan yeni virus habelə Norveç, Latviya, Niderland və Fransada da yayılıb.
Məqalədə 20A.EU1 adlandırılan SARS-CoV-2 variantının Avropada görünməmiş bir sürətlə yayıldığı qeyd olunur. Tədqiqatçılar qrupu virusun insan hüceyrələrinə nüfuz etdiyi zülal birləşməsi vasitəsilə 20A.EU1-də müəyyən bir mutasiyanı təyin etməyə çalışır.
Tədqiqatın rəhbəri, Bazel Universitetinin genetika üzrə mütəxəssisi Emma Xodkorft "Financial Times” qəzetinə müsahibəsində bildirib ki, o bu günə kimi koronavirusun oxşar dinamikalı variantı ilə qarşılaşmayıb. 20A.EU1 virusu SARS-CoV-2 növündən olanların heç birinə bənzəmir. Bununla yanaşı, sözügedən koronavirusun məhz mutasiya səbəbindən sürətlə yayılması sübut olunmayıb.
"20A.EU1-in dinamikası baxımından aydın görünür ki, bu virusun sonradan daha çox yayılmasının qarşısını almaq üçün cari ilin yayında görülən tədbirlər yetərsiz olub”, - deyə Xodkoroft izah edib.
Alimlər belə qənaətdədilər ki, virusun geniş yayılmasına istirahət edənlərin "riskli davranışı” səbəb olub./sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar