Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Süd təzyiqi yüksəldir?

Tarix: 20-05-2020 09:38     Baxış: 4357 A- / A+
Süd təzyiqi yüksəldir?


Yüksək təzyiq bu gün ən çox rast gəlinən xroniki xəstəliklərdən biridir. Dünyada hər 10 insandan 3-də yüksək təzyiq olduğu hər zaman vurğulanır. Hesab olunur ki, hipertoniya həyat tərzi və qidalanma ilə birbaşa bağlıdır. Yeyilən, içilən bütün qidalar qan təzyiqinə təsirsiz ötüşmür. Ona görə də insanların çoxu hansı qidaların yüksək təzyiqdən qoruduğunu öyrənməkdə maraqlıdırlar. Mütəxəssislər hesab edir ki, ürək-damar sağlamlığı üçün çox vacib olan süd, süd məhsullarının qan təzyiqinə də böyük təsiri var.

Manevr.az e-tibb.az-a istinadla xəbər verir ki, Türkiyədən olan qidalanma və dietologiya uzmanı Neriman İnanç südün, süd məhsullarının yüksək təzyiqə səbəb olması haqda deyilənlərə münasibət bildirib. Mütəxəssis deyib ki, araşdırmalara görə, kalsium, maqnezium, fosforun az qəbulu yüksək təzyiqin yaranmasına səbəb olan amillərdəndir. Kalsium və potasiumun da təzyiqə təsiri var. Süd yüksək kalsium və potasiumla zəngin olduğu üçün qan təzyiqi və hipertoniyanın nizamlanmasında önəmli qida mənbəyi kimi qəbul edilir. Hipertoniya xəstələri az yağlı və ya yağsız süd içərək qan təzyiqlərini normada saxlaya bilərlər. Onun sözlərinə görə, kalsiumun azlığı təzyiqi yüksəldir. Kalsium, maqnezium, fosfor minerallarının qəbulunu artıraraq qan təzyiqində azalma əldə etmək olar. Kalsium deyəndə isə ağla ilk gələn süd və süd məhsullarıdır. Qan təzyiqinin normada saxlanması və sağlam yaşamaq üçün gündə 3-4 porsiya süd və süd məhsullarının qəbulu vacibdir.

Dietoloq onu da bildirib ki, yağsız və ya az yağlı süd, süd məhsulları, meyvə və tərəvəzlə zəngin, yağ və xolestrolu az olan, zülalı bir qədər artırılmış bir diet proqramı ilə qidalanmaq qan təzyiqini aşağı sala bilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar