Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Uşaqlar arasında qaraciyər xəstəliklərinin yayılmasının ƏSAS SƏBƏBLƏRİ

Tarix: 14-02-2020 09:23     Baxış: 4277 A- / A+
Uşaqlar arasında qaraciyər xəstəliklərinin yayılmasının ƏSAS SƏBƏBLƏRİ


Azərbaycanda uşaqlar arasında qaraciyər xəstəliklərinin yayılmasının əsas səbəbləri açıqlanıb.

Manevr.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Transplantologiya İşinin Təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi trend-ə bildirib ki, uşaqlarda qaraciyər çatışmazlığının yaranmasının ən əsas səbəbləri "Wilson" xəstəliyi (qaraciyərdə misin toplanması), daha sonra anadangəlmə metobolik xəstəliklər, anadangəlmə öd yollarının olmaması, yaxud qüsurlu olmasıdır:

"Metobolik xəstəliklərə daha çox qohum evliliklərindən dünyaya gələn uşaqlarda rast gəlinir. Qohum evlilikləri uşaqlarda anadangəlmə qaraciyər xəstəliklərinin yaranmasına zəmin yaradır. Bu cür nikahlar gələcəkdə uşaqların belə xəstəlik ilə doğulması üçün sadəcə risk faktorudur. Lakin qohumluq əlaqələri ilə qurulan çoxlu sayda ailələr var ki, onlarda sağlam uşaq doğulur. Olduqca yaxın, genetik qohumluq əlaqələri ilə qurulan evliliklərdə belə hallara daha çox rast gəlinir".

M.Kazımi əlavə edib ki, Azərbaycanda qohum evliliklərinə görə bir ailədə bir və ya bir neçə uşağın qaraciyər xəstəlikləri ilə üzləşməsi halları var:

"Məsələn, qanlarında yağların miqdarının yüksək olduğu hipolipidemik xəstələrin ailələrinin bir neçə üzvündə qaraciyər çatışmazlığı olur. Qaraciyərində mis yığılan "Wilson" xəstələrində də bu problem ailənin bir neçə üzvündə müşahidə edilir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar