Sizin Reklam Burada
Xəbər lenti
05-11-2026
04-11-2026
BÜTÜN XƏBƏRLƏR

Onkoloji xəstəliklərin müalicəsi və ambulator xəstələrin dərman təminatının icbari tibbi sığorta ilə qarşılanması təklif edilib

Tarix: 06-11-2026 12:25     Baxış: 426 A- / A+


Onkoloji xəstəliklərin müalicəsi və ambulator xəstələrin dərman təminatının icbari tibbi sığorta ilə qarşılanması təklif edilib
Onkoloji xəstəliklərin müalicəsinin də icbari tibbi sığorta ilə qarşılanması son dərəcə vacibdir.
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Əhliman Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, icbari tibbi sığorta sahəsində uğurlarla bərabər, əhalinin gözləntiləri də çoxdur: “Son iki ildə icbari tibbi sığorta sahəsində görülən ən əhəmiyyətli işlərdən biri səhiyyə üzrə dövlət proqramlarının icbari tibbi sığorta ilə qarşılanmasıdır. Bu proqramlar səhiyyənin kifayət qədər ağır sahələrini əhatə edir. Növbəti ildən səhiyyə üzrə çox az sayda dövlət proqramı qalacaq ki, onlar icbari tibbi sığorta ilə əhatə olunmasın. Onlardan biri onkologiya proqramıdır. Əhali arasında ən çox yayılan iki patologiyadan biri olan onkoloji xəstəliklərin müalicəsinin də icbari tibbi sığorta ilə qarşılanması son dərəcə vacibdir. Digər məsələ ambulator müalicə alan xəstələrin dərmanla təminatının icbari tibbi sığorta ilə qarşılanmasıdır. Bu barədə çox danışmışıq. Ancaq təəssüf ki, bu günə qədər əhalinin səbirsizliklə gözlədiyi bu problem həllini tapmayıb. Digər məsələ əhaliyə göstərilən ilkin tibbi xidmətin səviyyəsinin aşağı olmasıdır. Kəndlərdəki ilkin tibbi xidmət məntəqələrində kadr çatışmazlığı mövcuddur”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar