Sizin Reklam Burada
Xəbər lenti
30-10-2026
BÜTÜN XƏBƏRLƏR

Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir

Tarix: 31-10-2026 09:45     Baxış: 445 A- / A+
 
Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər.
Manevr.az xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa Lenta.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur.
"Davamlı olaraq gecə altı saatdan az yatmaq sağlamlıq risklərini artırır. İlk növbədə, ürək-damar sistemi zərər görür. Sağlam insanlarda gecə yuxusu zamanı qan təzyiqi təbii olaraq aşağı düşür. Yuxu çatışmazlığı bu mexanizmin pozulmasına səbəb olur. Az yatan insanlarda hipertoniya, infarkt və insult riski təxminən 50 faiz arta bilər", - deyə mütəxəssis bildirib.
Həmçinin yuxu çatışmazlığı hormonal balansı poza və aclıq hissini gücləndirə bilər. Nəticədə insanın şirniyyatlara və digər yüksək kalorili qidalara meyli artır. Bu isə çəki artımına şərait yaradır və II tip diabet riskini yüksəldə bilər.
Bundan əlavə, normal yuxu beyin fəaliyyəti və immun sisteminin düzgün işləməsi üçün də böyük əhəmiyyət daşıyır. Mütəxəssisin sözlərinə görə, xroniki yuxu çatışmazlığı depressiya və təşviş pozuntuları riskinin artması ilə əlaqəlidir. Eyni zamanda, yuxusuzluq orqanizmin müxtəlif infeksiyalara qarşı müqavimətini zəiflədə bilər.oxu.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar