Xəbər lenti
Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar
Manevr.az xəbər verir ki, mütəxəssisin sözlərini “Daily Mirror” nəşri yayıb.
Diyetoloq vurğulayıb ki, virusları müalicə edən və ya onlardan tam qoruyan xüsusi qida mövcud deyil. Onun sözlərinə görə, xəstəliklərə qarşı möcüzəvi məhsul axtarmaqdansa, qida maddələri ilə zəngin, müxtəlif və təbii məhsullardan ibarət yeməklərə üstünlük vermək lazımdır.
Koks immun sisteminin fəaliyyətini dəstəkləmək üçün yağlı balıq, yumurta, ət, süd məhsulları və paxlalı bitkilərin müntəzəm istehlakını tövsiyə edib. O, həmçinin kifayət qədər zülal qəbul etməyin vacibliyini qeyd edib. D vitamini və sinklə zəngin qidaların rasiona əlavə olunması da faydalı hesab edilir.
Bununla belə, diyetoloq düzgün qidalanmanın virusa yoluxmadan qorunmağa zəmanət vermədiyini bildirib.
Soyuqdəymə mövsümündə yoluxma riskini azaltmaq üçün əlləri tez-tez yumaq, qapalı məkanları havalandırmaq, kifayət qədər yatmaq və tövsiyə olunan peyvəndləri vurdurmaq da məsləhət görülür.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































