Sizin Reklam Burada
Xəbər lenti
24-10-2026
23-10-2026
BÜTÜN XƏBƏRLƏR

Bu qidalar beyin damarlarına zərər verə bilər

Tarix: 25-10-2026 09:18     Baxış: 343 A- / A+


Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər.
Manevr.az xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş arası təxminən 9 min insanın məlumatları təhlil edilib.
Araşdırma zamanı məlum olub ki, ən çox emal olunmuş qida qəbul edən hər 9 nəfərdən birində beyin damarlarının zədələnməsi əlamətləri aşkarlanıb. Bu göstərici həmin qidaları ən az qəbul edənlər arasında hər 12 nəfərdən bir olub.
MRT müayinələri zamanı beyində iki növ dəyişiklik müəyyən edilib. Bunlardan biri sinir hüceyrələri arasında əlaqəni təmin edən ağ maddədə yaranan dəyişikliklər, digəri isə qan dövranının pozulması nəticəsində zədələnmiş beyin toxumaları olub.
Tədqiqatçılar bildirirlər ki, bu dəyişikliklər gələcəkdə insult, zehni qabiliyyətlərin zəifləməsi və demensiya riskinin artması ilə əlaqəli ola bilər.
Yaş, siqaret istifadəsi, fiziki aktivlik, gəlir səviyyəsi, yüksək qan təzyiqi və diabet kimi amillər nəzərə alındıqdan sonra da bu əlaqə müşahidə edilib.
Bununla belə, alimlər araşdırmanın emal olunmuş qidaların birbaşa beyin zədələnməsinə səbəb olduğunu sübut etmədiyini vurğulayırlar. Əlaqənin dəqiq müəyyənləşdirilməsi üçün əlavə və uzunmüddətli tədqiqatlara ehtiyac var.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar