Sizin Reklam Burada
Xəbər lenti
23-10-2026
22-10-2026
BÜTÜN XƏBƏRLƏR

Şirniyyat istəyi hansı xəstəliklərdən xəbər verir?

Tarix: 24-10-2026 10:46     Baxış: 352 A- / A+
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Manevr.az xəbər verir ki, bu barədə həkim-terapevt, dietoloq Svetlana Jernova “Gazeta.ru”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu əlamətlər birlikdə qiymətləndirilməli, zərurət olduqda qalxanabənzər vəzinin funksiyasını, dəmir çatışmazlığını və digər mümkün problemləri müəyyənləşdirmək üçün müayinələr aparılmalıdır.
Həkim qeyd edib ki, qalxanabənzər vəzinin kifayət qədər hormon istehsal etmədiyi hipotireoz zamanı maddələr mübadiləsi yavaşlayır. Bu halda yorğunluqla yanaşı, yuxululuq, dərinin quruması, soyuğa həssaslıq və diqqəti cəmləməkdə çətinlik yarana bilər.
Xüsusilə doyumlu yeməkdən qısa müddət sonra şirniyyat yemək istəyinin yaranması, bunun halsızlıq və çəki artımı ilə müşayiət olunması insulin müqaviməti ilə əlaqəli ola bilər.
Jernovanın sözlərinə görə, payızda soyuq hava və isitmə sistemləri səbəbindən dəri daha quru ola bilər. Saç tökülməsinin artması isə bəzən mövsümi dəyişikliklərlə bağlıdır.
Bununla belə, güclü saç tökülməsi bir neçə ay əvvəl keçirilmiş infeksiyadan, ağır stressdən, əməliyyatdan və ya əhəmiyyətli çəki itkisindən sonra da meydana çıxa bilər.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar