Sizin Reklam Burada
Xəbər lenti
20-10-2026
BÜTÜN XƏBƏRLƏR

Qəhvənin qaraciyərə faydası nələrdir? - Həkim açıqladı

Tarix: 21-10-2026 09:08     Baxış: 358 A- / A+
Qəhvənin qaraciyərə faydası nələrdir? - Həkim açıqladı
Hepatit və ya qaraciyər piylənməsindən əziyyət çəkən insanlar gündə ən azı üç-dörd fincan qəhvə içməlidirlər.
Manevr.az xəbər verir ki, bu barədə kardioloq, tibb elmləri namizədi Aleksandr Myasnikov “Vesti” informasiya agentliyinə açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, qəhvə normada qəbul edildikdə sağlamlıq üçün faydalı ola bilər.
“Hamı gündə üç-dörd fincandan çox qəhvə içməməyi tövsiyə edir. Lakin hepatit və ya qaraciyər piylənməsi olan insan gündə ən azı üç-dörd fincan qəhvə içməlidir. Artıq çəkiniz varsa və qaraciyəriniz piylənibsə, sirroza keçidin qarşısını almaq üçün qəhvə sizin üçün olduqca vacibdir”, – deyə o qeyd edib.
Myasnikov qəhvənin kalsium və maqneziumun sorulmasını ləngitməsi ilə bağlı fikirlərin də yanlış olduğunu vurğulayıb:
"Dəmirə gəlincə, bu içki həqiqətən də onun sorulmasına mane ola bilər. Lakin bu, yalnız xəstə dəmiri aptek preparatları şəklində qəbul etdikdə baş verir. Qəhvə qidalardan alınan dəmirin sorulmasına təsir göstərmir.
Bununla belə, dəmir preparatları qəbul edənlərə həm preparatı qəbul edərkən, həm də ondan dərhal sonra qəhvə içməkdən çəkinmək tövsiyə olunur. Ən yaxşısı, səhər qəhvə içmək, bir saat sonra isə dəmir preparatını qəbul etməkdir".publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar