Sizin Reklam Burada
Xəbər lenti
18-10-2026
BÜTÜN XƏBƏRLƏR

Estetik əməliyyatlar icbari tibbi sığortaya daxil ediləcək?

Tarix: 19-10-2026 10:16     Baxış: 364 A- / A+
Estetik əməliyyatlar icbari tibbi sığortaya daxil ediləcək?
Qüsursuz görünmək istəyi və estetik prosedurlara maraq dünyada geniş yayılıb. Sosial şəbəkələrin təsiri, eləcə də tibbin inkişafı nəticəsində bu xidmətlərin daha əlçatan olması onlara tələbatı artırır. Bir zamanlar əsasən məşhurların və maddi imkanları yüksək olan şəxslərin müraciət etdiyi estetik prosedurlara indi cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar üz tuturlar.
Manevr.az-ın xəbərinə görə, tibb elmləri doktoru, professor Adil Qeybulla modern.az-a açıqlamasında bildirib ki, sırf estetik məqsəd daşıyan əməliyyatlar xarici ölkələrdə də icbari tibbi sığorta hesabına qarşılanmır.
“Ümumiyyətlə, icbari tibbi sığorta sağlamlıq üçün təhlükə yaradan halların aradan qaldırılması, müalicə və korreksiya məqsədilə nəzərdə tutulub. Estetik əməliyyatlar tibbi zərurət daşımadığı üçün sığortanın əhatə dairəsinə daxil edilmir. Azərbaycanda insanlar bəzən şəxsi istəklərinə, özlərini başqaları ilə müqayisə etdiklərinə və ya rəqabətə görə belə əməliyyatlara müraciət edirlər. Bu əməliyyatların əksəriyyətinin sağlamlıqla birbaşa əlaqəsi yoxdur. Ona görə də onlar icbari tibbi sığortanın əhatə dairəsindən kənarda qalır”, – deyə professor qeyd edib.
Adil Qeybullanın fikrincə, gələcəkdə də sırf estetik məqsədli əməliyyatların icbari tibbi sığorta hesabına qarşılanması gözlənilmir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar