Sizin Reklam Burada
Xəbər lenti
15-10-2026
14-10-2026
BÜTÜN XƏBƏRLƏR

Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər

Tarix: 15-10-2026 17:36     Baxış: 355 A- / A+
Başqalarına müntəzəm kömək etmək, hətta Alzheimer xəstəliyinə genetik meyli olan insanlarda belə, yaddaş və düşünmə qabiliyyətinin zəifləməsini ləngidə bilər. Bunun üçün həftədə dörd saatdan az vaxt ayırmaq da kifayət edir.
Manevr.az əbər verir ki, bu nəticəyə gələn alimlərin araşdırması “Alzheimer’s & Dementia” jurnalında dərc olunub.
Tədqiqatçılar 1998–2020-ci illər ərzində 22 il müddətində sağlamlıq vəziyyəti izlənilən təxminən 18 min insanın məlumatlarını təhlil ediblər. Xüsusilə Alzheimer xəstəliyinin yaranma riskini əhəmiyyətli dərəcədə artıran APOE ε4 gen variantını daşıyan şəxslərə diqqət yetirilib.
Alimlər iştirakçıların nə qədər tez-tez könüllü fəaliyyətlə məşğul olduqlarını, dostlarına, qonşularına və onlarla bir evdə yaşamayan qohumlarına kömək etdiklərini araşdırıblar. Daha sonra bu məlumatları onların yaddaşında və düşünmə qabiliyyətində baş verən dəyişikliklərlə müqayisə ediblər.
Nəticələr göstərib ki, ətrafındakılara müntəzəm kömək edən insanların yaddaşı və düşünmə qabiliyyəti daha yavaş zəifləyib. Bu əlaqə xüsusilə Alzheimer xəstəliyinə genetik riski yüksək olan iştirakçılar arasında nəzərəçarpacaq dərəcədə güclü olub.
Alimlərin hesablamalarına görə, həmin şəxslərdə yaddaş və düşünmə qabiliyyətinin ciddi pozulması bu cür fəaliyyətlə məşğul olmayanlarla müqayisədə təxminən iki il gec baş verib. Üstəlik, müsbət təsir həftədə dörd saatdan az vaxtını başqalarına kömək etməyə sərf edən insanlarda da müşahidə olunub.
Araşdırmaya əsasən, həm təşkilatlanmış könüllü fəaliyyət, həm də tanışlara gündəlik həyatda göstərilən adi kömək faydalı ola bilər.
Tədqiqatın müəllifləri hesab edirlər ki, başqalarına qayğı göstərmək stressi azaltmaq da daxil olmaqla, beynin sağlamlığının qorunmasına kömək edə bilər.qaynarinfo



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar