Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq

Tarix: 18-09-2026 20:14     Baxış: 324 A- / A+


Geniş istifadə olunan ağrıkəsici preparatlardan biri sağlamlıq üçün təhlükə yarada bilər.
Manevr.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə həkim Sara Marin Berbell danışıb.
Onun sözlərinə görə, insan ağrı hiss etdikdə həkim təyinatı ilə ibuprofen qəbul edə bilər. Lakin bu preparatdan həddindən artıq istifadənin ciddi fəsadlara səbəb olması riski də var.
Sara Marin Berbell qeyd edib ki, ibuprofenin müntəzəm və həkim nəzarəti olmadan qəbul edilməsi böyrəklərlə bağlı problemlər yaratması da mümkündür. Həkim buna öz pasiyentlərindən birini nümunə göstərib. Həmin qadın aybaşı ağrılarını normal hesab etdiyi üçün mütəmadi olaraq ibuprofen qəbul edib. Nəticədə aparılan qan analizləri böyrək funksiyalarında pozuntular olduğunu üzə çıxarıb.
“İbuprofeni arabir qəbul etmək başqa şeydir, hər həftə qəbul etmək isə tamamilə başqa məsələdir”, - S.M.Berbell vurğulayıb.
Mütəxəssis əlavə edib ki, ağrı insanı davamlı olaraq ağrıkəsici qəbul etməyə məcbur edirsə, narahatlığın səbəbi araşdırılmalı, problem sadəcə müvəqqəti olaraq aradan qaldırılmamalıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar