Xəbər lenti
Yuxu hormonu çatışmayanlar xərçəng ola bilər

Yuxu hormonu melatoninin çatışmazlığı xərçəngin inkişafına təsir göstərir.
Manevr.az xəbər verir ki, onkoloq İvan Karasev yuxu hormonu melatoninin vacibliyini önə çəkib. Həkim xəbərdarlıq edib ki, melatonin çatışmazlığı sürətlə qocalma və xərçəngin inkişafına səbəb olur:
"Bu gün elm adamları yuxu hormonu olan melatoninin çatışmazlığı ilə xərçəngin inkişafı arasındakı əlaqədən danışırlar.
İnsan bədənində melatonin istehsalı qaranlığın başlaması ilə sintez olur. Bu yuxu hormonunda çatışmazlıq olmayan insan tez yuxuya gedir və kifayət qədər uzun müddət yatır, dərin və keyfiyyətli yuxu təmin edir.
Melatonin iltihab əleyhinə təsir göstərir və immun sistemini stimullaşdırır. Nə qədər çox melatonin istehsal olunursa, insan bir o qədər yavaş qocalır", - deyə İvan Karasev bildirib.
Nəticələr göstərir ki, gecə işləməli olan insanlar (bu zaman bədənləri melatonin istehsal etmir) xərçəngə daha çox meyllidir. Xüsusilə, qadınlarda döş, yumurtalıq və yoğun bağırsaq xərçəngi riski təxminən 30 faiz artır".
Həkim əlavə edib ki, melatonin insan tam qaranlıqda yatanda ən yaxşı şəkildə istehsal olunur - hətta çox kiçik işıq mənbələri belə onun istehsalını azalda bilər:
"Həb şəklində qəbul etməkdənsə, yuxunuzu və öz melatonin istehsalınızı yaxşılaşdırmaq daha yaxşıdır".medicina.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























