Sizin Reklam Burada
Xəbər lenti
26-11-2026
25-11-2026
BÜTÜN XƏBƏRLƏR

Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər - Açılış vaxtı bəlli oldu

Tarix: 27-11-2026 14:10     Baxış: 331 A- / A+
"Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi gözlənilir".
Manevr.az xəbər verir ki, bu barədə deputatı Vüqar Bayramov Naxçıvanda jurnalistlərə müsahibəsində bildirib.
Deputatın sözlərinə görə, TRIPP layihəsi artıq Ermənistan parlamentində müzakirə olunub və bu ölkədə həmin istiqamətdə avtomobil yolunun çəkilməsi ilə bağlı işlərə başlanıb. Azərbaycanda isə Zəngəzur dəhlizinin ölkə ərazisindən keçən hissəsində işlər yekunlaşmaq üzrədir. Artıq avtomobil yolu tamamlanıb, dəmir yolu ilə bağlı işlərin isə 2027-ci ilin əvvəllərində yekunlaşdırılması nəzərdə tutulur.
V.Bayramov qeyd edib ki, görülən işlərin indiki vəziyyəti 2028-ci ilin sonlarına doğru dəhlizin istifadəyə verilməsi ehtimalını yaradır.
Deputat vurğulayıb ki, Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən nəqliyyat marşrutu deyil, həm də regionun iqtisadi inkişafına mühüm töhfə verəcək strateji layihədir. Onun sözlərinə görə, dəhliz Türk dünyasını quru yolu ilə birləşdirməklə yanaşı, Orta dəhliz, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının inteqrasiyasına imkan yaradacaq.
Onun fikrincə, layihənin reallaşması Naxçıvanın iqtisadi inkişafı üçün yeni perspektivlər açacaq. O bildirib ki, 2026-cı ildən muxtar respublikada Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan vergi güzəştlərinin qüvvəyə minməsi də investisiya mühitinin yaxşılaşdırılmasına xidmət edir. Bu güzəştlər çərçivəsində istehsal sahəsinə yatırılan investisiyalar üzrə bir sıra vergilərdən 10 il müddətinə azadolmalar, eləcə də investisiya təyinatlı idxal məhsullarının əlavə dəyər vergisindən azad edilməsi nəzərdə tutulur.
Deputat əlavə edib ki, Zəngəzur dəhlizi istiqamətində aparılan işlər, Naxçıvanın iqtisadiyyatına dövlət dəstəyinin artırılması, vergi güzəştləri və dövlət proqramları muxtar respublikanın iqtisadi inkişafını sürətləndirmək üçün mühüm imkanlar yaradır.
O, Prezidentin Naxçıvana son səfəri çərçivəsində investisiyalarla bağlı qəbul edilən qərarların investisiya qoyuluşunun artmasına və iqtisadi inkişafın güclənməsinə töhfə verəcəyini bildirib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar