Xəbər lenti
Xankəndi, Xocalı, Laçın və Kəlbəcərdə silah-sursat aşkarlandı - DİN
İyunun 22-28-də Xankəndi, Xocalı, Kəlbəcər və Laçında külli miqdarda silah-sursat aşkarlanıb.Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 26 avtomat silahı, 3 pulemyot, 1 tapança, 3 tüfəng, 27 qumbara, 2 qumbaraatan, 36 alışdırıcı, 13 mərmi, 5 süngü-bıçaq, 115 patron darağı, 4780 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkarlanıb.
Kəlbəcər rayonunun Vəngli kəndi ərazisindən isə 1 avtomat silahı, 7 patron darağı, 255 ədəd müxtəlif çaplı patron tapılıb.
Həmçinin, Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisindən 4 avtomat silahı, 1 tapança, 1 qumbaraatan, 12 qumbara, 10 alışdırıcısı, 10 ədəd patron darağı və 278 ədəd müxtəlif çaplı patron aşkar edilib.
Laçın rayonu ərazisindən isə 2 avtomat silahı, 1 tapança, 1 tüfəng, 13 qumbara, 3 süngü-bıçaq, 16 patron darağı və 270 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























