Xəbər lenti
“Azərbaycan heç zaman işğalla barışmayacaq” - Deputat Ceyhun Məmmədov
Xəbər verildiyi kimi mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışı olub. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər.
Prezident İlham Əliyev açılışda çıxış edərkən deyib ki, məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır. O, dövlətin məcburi köçkünlərlə bağlı perspektiv proqramından da danışıb. Qarşıya qoyulan hədəflərə görə, 2020-ci ildə məcburi köçkünlərə 7-8 min mənzilin verilməsi gözlənilir.
Prezident bildirib ki, buna nail olunsa, bir il ərzində Bakıda, Sumqayıtda və digər şəhərlərdə təqribən 40 minə yaxın insan yeni evlərə köçürüləcək. “Bu işlər ardıcıllıqla aparılır” deyən Prezident əlavə edib ki, gələn ilin investisiya proqramında da bu məqsədlər üçün vəsait ayrılacaq.
Manevr.az xəbər verir ki, bizimyol.info-nun əməkdaşı “Qobu Park-3” yaşayış kompleksinin açılışına və Prezidentin çıxışına Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatı Ceyhun Məmmədovun münasibətini öyrənib. Müsahibəni təqdim edirik:
-Ceyhun müəllim, Prezident çıxışında dedi ki, hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində onun proqramımın tərkib hissəsindən biri məcburi köçkünlərlə mənzillə təmin edilməsi olub. Bu il isə 7-8 min məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin ediləcək. Bu sahədə icra olunan layihələri necə qiymətləndirirsiniz?
-Son illər ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi işlər görülüb. Bu il 8000 insanın evlə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər bu fikri bir daha təsdiq edir. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan bu nailiyyətə qısa müddətdə nail oldu. Dövlət bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün bütü zəruri tədbirləri həyata keçirir. Dünya iqtisadiyyatında baş verən bütün mənfi tendensiyalara baxmayaraq Azərbaycan sosial layihələrə maliyyə dəstəyinin göstərilməsinə davam ediləcək.
-“Qobu Park-3” yaşayış kompleksinin açılışında Prezident deyib ki, torpaqlarımız işğaldan azad ediləndən sonra həmin torpaqlarda gözəl binalar, şəhərciklər tikəciləcək, ermənilər tərəfindən dağılmış şəhərlərimiz yenidən qurulacaq. İstərdik ki, bununla bağlı fikirlərinizi bölüşəsiniz.
-Azərbaycan heç zaman işğalla barışmayacaq. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, Ermənistan iqtisadiyyatı isə sürətlə çökür. Ermənistan regionda həyata keçirilən bir çox qlobal layihələrdən kənarda qalıb. Azərbaycan tezliklə öz torpaqlarını işğaldan azad edərək Dağlıq Qarabağda yenidən təmir-bərpa və quruculuq işləri həyata keçiriləcək. Tarixi abidələrimizi, o cümlədən Şuşa məscidini bərpa edəcəyik. Biz buna mütləq nail olacağıq.
-“Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bunu deməyə əsas verən bir çox amillər var - bizim hərbi gücümüz və biz bunu göstərmişik”. Bu sözləri Prezident deyib. Bu barədə fikirlərinizi öyrənmək istərdik.
-Bu gün Azərbaycan ordusu bölgənin ən güclü və intizamlı ordularından biridir. Müasir texnika və silah-sursatla təmin olunub, mənəvi və fizik baxımdan torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Diplomatiya yolu ilə mümkün olmadığı təqdirdə Azərbaycan hərb yolu ilə torpaqlarını azad edəcək. Biz bunu bir neçə dəfə göstərmişik. Lələtəpəni, digər əraziləri azad etdiyimiz kimi, digər torpaqlarımızı da tezliklə azad edəcəyik. Azərbaycan işğalla heç zaman barışmayacaq.
-Prezident çıxışında beynəlxalq təşkilatların və dünyanın bütün aparıcı ölkələrinin ölkəmizin ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini vurğuladı və bu yaxınlarda Dağlıq Qarabağda keçirilmiş qondarma “prezident seçkiləri”nin, saxta prezidentin tanınmadığını dedi. Bu barədə fikirlərinizi öyrənərdik.
-Bildiyiniz kimi, Dağlıq Qarabağda separatçı rejimin keçirdiyi “seçkilər” heç bir qurum tərəfindən qəbul edilmədi. Ermənistanın Şuşada keçirdiyi andiçmə şousu da dünya birliyi tərəfindən birmənalı qarşılanmadı. Beynəlxalq aləmin Azərbyacana dəstəyi var, Azərbaycanı haqq işində dəstəkləyir. Ermənilərin isə burada əsas məqsədi Azərbaycana psixoloji təzyiq etmək, ölkəmizdə sabitliyi və əmin-amanlığı pozmaq idi. Ancaq buna nail ola bilmədilər və heç zaman nail ola bilməyəcəklər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar