Xəbər lenti
Tibb kollecləri ləğv ediləcək? - Ekspert
“Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişikliyə əsasən bir sıra yeni ixtisaslar yaradılıb. O cümlədən tibb bacısı işi ixtisası da ali təhsil pilləsi üçün nəzərdə tutulub”.
Manevr.az xəbər verir ki, bu sözləri açıqlamasında təhsil eksperti Elçin Əfəndi xatırladıb. O, qeyd edir ki, IV qrupda tibb bacısı işi ixtisasının əlavə edilməsi kolleclərdən ləğv edilməsi mənasına gəlməz:
“Bu ixtisas 11 illikdən kolleclərdə mövcud idi. Belə ki, şagirdlər 11 illik buraxılış imtahanları nəticəsi əsasında təhsil ala bilirdilər. Tibb bacısı işi ixtisası əsasən, 1 və 2 saylı tibb kolleclərində, Sumqayıt, Gəncə və s. kimi şəhər kolleclərində mövcud idi. İndi həmin ixtisasın ali təhsil pilləsi qazanması qeyd olunan kolleclərdən ixtisasın yığışdırılması anlamına gəlməyəcək. Çünki biz diqqət etsək sözügedən kolleclərdə müalicə işi, əczaçılıq, tibbi profilaktika ixtisasları mövcuddur. Məhz bu səbəbdən də düşünürəm ki, tibb bacısı ixtisası həm 11 illikdən kolleclərdə, həm də ali təhsil pilləsində qalacaq”.
“Lakin ali təhsil diplomuna üstünlük veriləcək”-deyə E. Əfəndi sözlərinə əlavə edib.\azedu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar