Xəbər lenti
"Çini tanıyaq" adlı açıq dərs keçirildi

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Xəzər Universiteti – Sumqayıt Dünya məktəbində keçirilən Çin dili fakultativ dərslərində "Çini tanıyaq" adlı açıq dərs təşkil olunub.
Manevr.az xəbər verir ki, Çin dili fakultativ dərslərinin keçirilməsində əsas məqsəd məktəblilərdə Çin dili və mədəniyyətinə marağın artırılmasından həmçinin bu sahədə istedadlı gənclərin yetişdirilməsindən ibarətdir. Çin dili fakultativ dərslərini tədris edən Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva məktəblilərə Çinin mədəniyyəti, tarixi, coğrafiyası haqqında məlumat verib. Məktəblilərə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun müəllifi olduğu Azərbaycan dilində ilk "Çin dili dərs vəsaiti" hədiyyə olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























