Xəbər lenti
Ermənistan prezidentlik sisteminə qayıdır – Bəyanat
Konstitusiya dəyişikliyinin ilkin hədəfi gərək tezliklə yarıprezident modelinin bərpası olsun.
Manevr.az xəbər verir ki, bu bəyanatı Levon Ter Petrosyanın Erməni Milli Konqresi Partiyası yayıb. Partiya hazırkı Konstitusiyanın Sərkisyan dönəmində hakimiyyətin saxlanılması məqsədilə qəbul edildiyini bildirib:
“Real nəticələrə əsasən, Konstitusiya seçicilərin əksər çoxluğu tərəfindən rədd edilib. Bu sənəd qeyri-legitimdir. Bu referendum erməni dövlətçiliyinə böyük zərbə oldu və nəticələri indiyə qədər ortadan qaldırılmayıb. Yeni Konstitusiya dayanıqsızdır”.
Bəyanatda parlament idarəetməsinin Ermənistanda uzunmüddətli perspektivdə daimi siyasi böhran yaradacağı, siyasi sistemlərin oliqarxlaşmasına gətirib çıxaracağı vurğulanıb.
Petrosyanın partiyası Paşinyanın Konstitusiya dəyişiklikləri ilə strateji yox, taktiki məsələləri, xüsusilə Konstitusiya Məhkəməsi ətrafında böhranı həll etməyə, polis və Milli Təhlükəsizlik Xidmətinin mülki idarəçiliyə keçməsinə çalışdığını bildirib.
Qeyd edək ki, bundan öncə Paşinyanın da yarıprezidentlik sisteminə qayıtmaq istəyi ilə bağlı məlumat yayılmışdı. İddiaya görə, Paşinyan bununla təsir dairəsindən kənarda olan Konstitusiya Məhkəməsi və digər bir neçə qurumu ələ almaq istəyir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar