Xəbər lenti
Zaman elə tez keçir ki, heç ölməyə də vaxtım qalmır"
Xəbər verdiyimiz kimi, bu günlərdə xalq şairi Fikrət Qoca Yazıçılar Birliyinə şeir həsr edib. "Anam birliyim mənim" adlı şeir qurumun 85 illiyinə ithaf olunub. Qeyd edək ki, xalq şairinin "Yazıçılar Birliyim, Doğma odum-ocağım. Əliylə döyüldüyüm, Sürdülər, sürgündə oldum" misraları ilə başlayan bu şeiri sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb olub. Belə ki, izləyicilərin əksəriyyəti şeirin çox bəsit şəkildə yazıldığını bildirib, bəziləri isə onu əməkdar artist Elza Seyidcahanın şeirləri ilə müqayisə edib.
Manevr.az bildirir ki, şeir ətrafında gedən müzakirələr ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca musavat.com-a danışıb:
- Bu şeirimi son günlərdə yazmışam, hətta "Azərbaycan" qəzetində çap olunub.
- Bəziləri hətta bu şeiri Elza Seyidcahanın şeirləri ilə müqayisə etdi, "sanki Elza Seyidcahandan bəhrələnib" deyənlər də oldu.
- Hər kəs hər şeyi öz əxlaqı ilə görür, əxlaqı ilə yanaşır. Dəliyə ağıllı adamı göstərəndə deyər ki, "bu dəlidir", çünki özünü ağıllı sayır axı.
Beləliklə, bu şeirim 19 dekabr tarixində "Azərbaycan" qəzetində dərc edildi. Əgər şeir bu qədər pis olsaydı qəzet çap etməzdi, hər halda nüfuzlu qəzetdir.
- Ümumiyyətlə, son vaxtlar daha çox hansı mövzuda şeirlər yazırsınız?
- Çox mövzuda... Biz şairlər mövzunu əvvəlcədən planlaşdırmırıq ki. Bir də gördün gecənin bir yarısı düşüncəmə nələrsə gəlir, oturub yazıram. Yəni, əvvəlcədən nə olacağını bilmirəm.
- Son şeirlərinizdən hansını ən uğurlu hesab edirsiniz?
- Mənim 11 cilddə kitabım çıxıb. Həmin kitablarda minlərlə şeirim var. İndi məndən soruşursuz ki, hansı şeirimi ən uğurlu sayıram. O qədər var ki, indi hansını sayım?
- Məhz sonuncuları, məsələn son bir ildə yazdıqlarınızı nəzərdə tuturam.
- Ən uğurlusunu bu gecə yazdığım şeiri hesab edirəm. Hansı ki, hələ çap etməmişəm.
- Əgər sirr deyilsə, həmin şeirin mövzusu nədir?
- Yox, sirr deyil. Mövzusu belədir-zaman çox tez dəyişir, heç dayanmır, heç ölməyə də vaxtım qalmır...
- Son vaxtlar görürük ki, həvəsi olan hər kəs şeir yazır. Onların arasında tanınmışlar, deputatlar, məmurlar da az deyil. Xalq şairi kimi bu məsələyə münasibətiniz necədir?
- Ay qızım, neyniyək, olsun da, necə deyərlər, "azarını öldürür". Baxırsan ki, şeirindş qızları tərifləyir, arvad-uşağı tərifləyir, bundan həzz alır. Əgər bundan həzz alırsa, niyə bundan onu məhrum edək? İndi dövr də elədir ki, çoxusu pulunu verib, istədiyini çap etdirir. Hər halda bu söyüş söyməkdən ki, yaxşıdır. Və yaxud başı çıxmayan bir şeydən danışmaqdansa, elə şeir yazsın, bununla da özünü sakitləşdirsin. Yəni, dünyada qadağadan pis şey yoxdur. Şeir yazanlara nə qadağan edə bilərik ki, qoy yazsınlar. 85 ildir ki, bu işlə məşğulam. Mənim qayıtdığım yolun yarısında olublar. Hətta nəsə fikir deyənlər də öz-özünü yorur.
- Yazıçılar Birliyinin yaşı ilə sizin yaşınızın arasında sadəcə bir il fərq var...
- Hə, amma mən onda hələ yazmırdım. Yəni, böyüyüncəyə, püxtələşməyənə qədər yazmırdım. Yazıçılar Birliyi yarandığı ilk dövlərdə çoxlu sayda şair və yazıçılar sürgün olunub, güllələnib. Şeirimdə bunu qeyd etmişəm. Yəni bildirmişəm ki, AYB-nin ömrü budur, bu cür çətinliklərdən keçib, gəlib. Onun əli ilə biz şairlər döyülmüşük, güllələnmişik...
- Bu, Yazıçılar Birliyinə həsr etdiyiniz ilk şeir idi, yoxsa?
- Əlbəttə, bu, bir dəfə olur.
- Bəs özünüzə şeir həs etmisizmi?
- Yox. Amma mənə çoxlu şeirlər ithaf olunub. Onları toparlasan, yəqin bir kitab edər... Yaxşı yadıma saldın, mənə həsr olunan şeir və məqalələrin hamısını bir kitab edəcəm.
- Bundan əvvəl sizin bir çox şeirlərinizə musiqi bəstələnib, mahnılar yazılıb. Bəs son müddətdə bəstəkarlardan kimlər sizin şeirlərinizə müraciət edib?
- Bir müddət bundan əvvəl Cocuk Mərcanlıya getmişdik. Oradakı təəssüratlarım əsasında 10 şeir yazmışdım. Bəstəkar Ruhəngiz Qasımova həmin şeirlərin 5-nə mahnı yazıb. Ümumiyyətlə, şeir elə bir şeydir ki, olur bəzən aylarla yazmırsan, bəzən isə hər gün yazırsan.
- Bir müddət əvvəl qərar qəbul edildi ki, toy məclislərində, restoranlarda səslənən mahnıların müəlliflərinə qonorar ödənilməlidir. Təbii ki, sizin də sözlərinizə çoxlu sayda mahnılar var, hansı ki, hər zaman populyarlığını qoruyub, saxlaya bilib. Buna görə sizə qonorar ödənilirmi? Əgər belədirsə və gizlin deyilsə, illik nə qədər qazancınız olur?
- Moskvada yaşayan bir şair dostum var. O, Bakıya gələndə məndən soruşdu ki, mahnılara görə nə qədər qonorar alırsan? Dedim hələ ki, heç nə. O, bunu çox təəccüblü qarşıladı. Qanuna əsasən toyda, məclislərdə mahnını oxuyanda onun müəllifləri təqdim olunmalı, müəlliflərə qonorar ödənilməlidir. Yəni, qanun belədir. Oradan gələn gəlirlə bəlkə də heç işləməzdim.
- Bu günlərdə rusiyalı politoloq Aleksandr Perenciyev Rusiya telekanallarının birində qeyd etdi ki, yeddi rayonun Azərbaycana məxsus olması haqda Ermənistan tərəfinin imzaladığı həqiqi sənədlər var və həmin sənədlərlə bütün dünyaya ermənilərin işğalçı siyasətini ifşa etmək və sonra Qarabağın azad edilməsini tələb etmək lazımdır. Onun sözlərinə görə, əgər bu istiqamətdə fəaliyyət göstərilsə, 2020-ci ilin ikinci yarısında Dağlıq Qarabağın da işğaldan azad olunmasını gözləmək olar. Bəs siz qarşıdan gələn 2020-ci ildə Qarabağın işğaldan azad olunacağına inanırsızmı?
- Bu məsələ çox uzana bilməz. O torpaqlar ki, bizimdir, ermənilər işğal edib, onu bizə qaytarmalıdırlar. Yoxsa ki, yer üzündən əlimizdən hara qaçacaqlar? Torpaqlarımız geri qaytarılmasa müharibə yolu ilə geri alacağıq. Onda da onların hamısını qıracağıq, deyəcəklər genosid törətmişik. Əvvəl axır biz torpaqlarımızı müharibə ilə də olsa alacağıq, başqa çarə yoxdur. Yoxsa ki, bu məsələni saxladıqca vaxtı keçir, torpaqlarımız qalıb qurd-quşa... Mən inanıram ki, tezliklə o torpaqlara qovuşacağıq. Prezidentimiz təmkinli insandır. Hər şeyi qaydasında həll edəcək. Ölkəni güclü edən nədir? Əlbəttə ki, var-dövlət. Maddi güc nə qədər çox olsa, dövlət bir o qədər güclü olur. Amma baxın Ermənistana, onların güzəranına. Ölkələr də bizim tərəfimizdədir, çünki haqq bizdədir. Ermənilər də ya məhv olacaqlar, ya da üzr istəyib, o torpaqları geri verəcək.
- Bəs Yeni İldən, Şaxta Babadan özünüz üçün nə arzulayırsız? (zarafatla)
- Şaxta Babadan da yüksək, "yuxarıda" baba var. Arzu edirəm ki, Allah insanlarımıza səbr, təmkinlilik, ruzi, çörəyimizə bərəkət versin, süfrəmizi bol etsin, evlərimizə firavanlıq gətirsin, heç kəsə möhtac olmayaq, ağlımızı, məhəbbətimizi almasın.
- Bəs Fikrət Qocaya nə versin?
- Hərəsindən bir damcı...
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar