Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

“20 manat götürənə məktub gələcək ki, 100 manat borcun var” – XƏBƏRDARLIQ

Tarix: 26-11-2019 14:52     Baxış: 3620 A- / A+
“20 manat götürənə məktub gələcək ki, 100 manat borcun var” – XƏBƏRDARLIQ



Bir müddət öncə paytaxtın müxtəlif səmtlərində sakinlərə 30 saniyə ərzində borc pul verən aparatlar peyda olmuşdu. Aparatlardan istifadə edən vətəndaşlar bildirir ki, pulu əldə etmək çox asandır. Bunu şəxsiyyət vəsiqəsi ilə cəmi 30 saniyə ərzində əldə etmək mümkündür.

Aparatdan pul çıxaranlar isə bildirirlər ki, 5 gün ərzində 20 manat və üstəgəl də 1 manat əlavə faizini qaytaran şəxs, bu dəfə 40 manat məbləğində borc ala bilir. Beləcə bu məbləğ 1000 manata qədər qalxır. Hazırda isə bu aparatların fəaliyyəti dayandırılıb. Aparatdan borc alan şəxslər isə pulları ödəyəcək yer tapmırlar. Aparatların fəaliyyətinin hansı qurum tərəfindən dayandırıldığı isə açıqlanmır.

Məsələ ilə bağlı açıqlama yayan Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib ki, göstərilən xidmət çərçivəsində fiziki şəxslərdən fərdi məlumatların, habelə biometrik məlumatların toplanılması “Fərdi məlumatlar haqqında” və “Biometrik informasiya haqqında” qanunlarla tənzimlənməlidir. Belə ki, “Fərdi məlumatlar haqqında” Qanuna əsasən fərdi məlumatların informasiya sistemləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində dövlət qeydiyyatından keçməlidir. Həmçinin, “Biometrik informasiya haqqında” qanuna əsasən biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi fəaliyyətinə xüsusi razılığın verilməsi Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəyləri nəzərə alınmaqla, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilir. Qurumdan bildirilib ki, qeyd olunan sahələrin tənzimlənməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətləri daxilində olmadığı üçün aidiyyəti dövlət orqanlarına bununla bağlı rəsmi müraciət edilib. Lakin hələlik aparatların fəaliyyətinin hansı qurum tərəfindən dayandırıldığı açıqlanmır.

“Azpulmat” adlanan bu aparatlar haqqında məlumat almaq məqsədilə “azpul.az” adlı veb-sayt da açılmışdı. Həmin sayt cəmi bir-neçə səhifədən ibarətdir və olduqca səthi məlumatlar mövcuddur. Həmin səhifədə əlaqə üçün qoyulan mobil nömrəyə də zəng etdik, lakin zəng çatmadı.

Göründüyü kimi, vəziyyət müəmmalı olaraq qalıb. Pul götürən şəxslər isə aparat işləmədiyi üçün onu ödəyə bilmirlər və buna görə faizin daha da artacağından narahatdırlar. Görəsən, borcunu vaxtında qaytara bilməyən vətəndaşları nə gözləyir?

Bununla bağlı “Yeni Sabah”a danışan iqtisadi ekspert Natiq Cəfərli bildirib ki, aparatların hansı quruma aid olub-olmamasının hələ də tapılmaması gülüncdür:

“Əslində bu tipli aparatların quraşdırılmasından öncə heç olmasa anons edilməlidir və ciddi məlumatlandırma olmalıdır. İnsanların bilgiləndirilməsi olmalı idi ki, hansı şərtlər, hansı faiz dərəcələri olacaq. Bu aparatda isə 20 manat borc götürdükdə, ən azı 1 manat faiz hesablanır. Bu da 5 faiz edir. Bütün bunlar böyük rəqəmlərdir. İnsanlar nə məlumatlandırılıb, nə də heç bir açıqlama olunmayıb. Heç bir qurumun üzərinə bunu götürməməsi isə biabırçılıqdır. Ümumi Azərbaycanda maliyyə bazarında olan vəziyyətin bir göstəricisidir. Çünki Azərbaycanda hamıya məlumdur ki, müəyyən qurumların icazəsi olmadan, müəyyən qurumlarla birgə fəaliyyət göstərmədən bu tipli əməliyyatlar həyata keçirmək mümkün deyil. Küçədən keçən heç kim bu aparatı oraya qoymayıb. Yəqin ki, razılaşdırılmış bir işdir”.

20 manat götürən vətəndaşlar pulu vaxtında qaytara bilməsələr, borcun məbləğinin arta biləcəyini deyən N. Cəfərli bu barədə xəbərdarlıq da edib:

“Dövlət orqanlarının bunun kim tərəfindən qoyulmasının üzə çıxarılmaması gülüş doğurur ki, bu, mümkün deyil. Onlar özləri çox gözəl bilirlər ki, buna kim icazə verib. İndi yəqin ki, yüksək səviyyədə razılaşdırma olmadığı üçün məsuliyyəti hamı bir-birinin üzərinə atır. Həm Maliyyə Bazarlarına Nəzarət Palatası, həm Mərkəzi Bank, həm Banklar Assosiasiyası bununla bağlı rəsmi açıqlamalar verməlidir. Çünki ilk günlərdə həmin aparatlarından istifadə edən vətəndaşlar var. İndi onlar hara borclarını ödəsinlər? Bəlkə də indi 20 manat borc götürən adama bir müddət sonra məktub gələcək ki, sənin 100 manat borcun var. Bu məsələdə də məsuliyyət vətəndaşın üstünə düşmür. Çünki vətəndaş hesab edir ki, yəqin ki, bu aparatı qoyan şəxslər dövlət strukturları ilə razılaşıb. Borc götürən şəxslər borcu hara qaytarmaları barəsində məlumatlandırılmalıdır. Amma mənə elə gəlir ki, heç o borcu qaytarmasalar da olar”.

Ekspert belə aparatların xarici ölkələrdə də olduğunu bildirib:

“Buna müxtəlif ölkələrdə də rastlaşa bilərsiz. Lakin xaricdə bu tip əməliyyatlar banklar vasitəsilə aparılır. Azərbaycan da kredit anlayışı ya banklara aiddir, ya da bank olmayan maliyyə təşkilatlarına. Bunlar da mütləq lisenziya ilə fəaliyyət göstərməlidirlər. Həm Mərkəzi Bankın, həm də Maliyyə Bazarlarına Nəzarət Palatasının icazəsi və lisenziyası olmalıdır. Əgər belə deyilsə, onlar dələduzluq maddəsi ilə ittiham olunmalıdır.

Əgər bir müddət sonra kimsə çıxıb vətəndaşa desə ki, bu qədər borcun var və onu deyən şəxsin rəsmi lisenziyası yoxdursa, vətəndaş borcu ödəmədən, məhkəməyə müraciət edib, borucunu sildirə bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar